Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vladimir Fekete (slovak. Vladimír Fekete, 11 avqust 1955, Bratislava) — Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi.

Vladimir Fekete

  • Ana Səhifə
  • Vikipediya
  • Vladimir Fekete

Vladimir Fekete (slovak. Vladimír Fekete, 11 avqust 1955, Bratislava) — Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi.

Vladimir Fekete
Orijinal adı
Vladimír Fekete
KilsəRoma Katolik Kilsəsi
Təyin edilib5 noyabr 2009 (Missiya rəhbəri kimi)
4 avqust 2011 (Prefekt kimi)
SələfYan Çapla
Təyinatlar
Təyinat30 yanvar 1983
Təqdis11 fevral 2018
Paul Riçard Qallager tərəfindən
RütbəYepiskop
Şəxsi məlumatlar
Doğum11 avqust 1955 (70 yaş)
Bratislava, Çexoslovakiya
Yaşadığı yerBakı, Azərbaycan Azərbaycan
TəhsiliKomenski Universiteti
ŞüarDa Mihi Animas
Vladimir Fekete gerbi

Mündəricat

Həyat və fəaliyyəti

Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşuldu və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olundu. 1990-ci ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub. 1993-1999-cı illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib. 1999-cı ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999-2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb. 2006-cı ildə Romada Papa yanında Saleziyan Universitetindəki didaktik təhsilini bitirib. 2006-2009-cu illərdə Saleziyan tələbələrin ustadı kimi fəaliyyət göstərib.

Bakıdakı fəaliyyəti

5 noyabr 2009-cu ildə Papa XVI Benedikt tərəfindən Katolik kilsəsinin Bakıdakı missiyasına baş keşiş kimi təyin edilib. 4 avqust 2011-ci il tarixindən etibarən Azərbaycan Həvari Prefektinin rəhbəri kimi çalışır. 2 oktyabr 2016-cı ildə Papa Fransiski Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində qarşılayıb. 8 dekabr 2017-ci ildə rütbəsi yepiskopluğa qaldırıldı. 11 sentyabr 2018-ci ildə təqdisetmə mərasimi keçirildi və Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager tərəfindən yepiskop kimi təsdiqləndi.

Gerbi

Vladimir Feketenin gerbi Marek Sobola tərəfindən hazırlanmışdır.

Gerb Mənası
  1. Qırmızı rəng - Slovakiya bayrağının və Azərbaycan bayrağının ortaq rəngi
  2. Üç dağ - Slovakiyadakı Tatra və Azərbaycandakı Qafqaz dağlarının simvolu
  3. İki ağ zanbaq - Bakirə Məryəmin simvolu
  4. Səkkiz guşəli ulduz - Azərbaycan bayrağı və gerbindəki simvollardan biri, həmçinin Papa Fransiskin gerbindəki ulduzu bildirir
  5. Latınca şüar "Da Mihi Animas" (Mənə xalqı ver) - Bibliyanın Yaradılış kitabının 14:21 ayəsinə (Xalqımı mənə ver, mal-mülk sənə qalsın) istinaddır. Bu şüar Saleziyan cəmiyyətinin şüarıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vladimir Fekete haqqında məlumat. Vladimir Fekete nədir? Vladimir Fekete nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Əl-Xəlil

  • Fevral 15, 2026

    15 oktyabr

  • Fevral 23, 2026

    Arxipelaq

  • Fevral 18, 2026

    Amsterdam

  • Fevral 24, 2026

    Protestant

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst