Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yiyəlik hal — İsmin 6 halından biri. İsimlərin özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik, mənsubluq mənası gətirir. Yiyəlik

Yiyəlik hal

  • Ana Səhifə
  • Vikipediya
  • Yiyəlik hal

Yiyəlik hal — İsmin 6 halından biri. İsimlərin özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik, mənsubluq mənası gətirir. Yiyəlik halda işlənən isim cümlədə özündən sonrakı başqa bir isimdən daha doğrusu, mənsubiyyət şəkilçili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s. Yiyəlik hal bi çox dildə olur məs:ingilis və ərəb və rus, alman

Mənsubiyuət şəkilçisi həmişə ikinci tərəfdə olur və özündən əvvəl yiyəlik hal istəyir. Məsələn:Mənim Kitabım, Sənin evin

Yiyəlik halının 2 forması var:

  • Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın, in, un, ün (-nın, nin, nun, nün) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab verir. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?)
  • Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə? sualına cavab verir. Məs: ağac (nə?) yarpağı, dəmir (nə?) qırığı, qonaq (nə?) otağı, çoban (nə?) tütəyi, ata (nə?) nəsihəti və s.

Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan ismi hal şəkilçisini (ın, in, un, ün, nın, nin, nun, nün) artırmaqla müəyyənlik bildirən yiyəlik hala çevirmək olur. Məs: maşın təkəri – maşının təkəri, kənd yolu – kəndin yolu və s.

Qeyd: müəyyən yiyəlik hal, heç bir feillə əlaqəyə girmir. Cümlə üzvü yox, yalnız nitq hissəsi var.

Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın, in, un, ün saitlə bitən isimlər də isə -nın, nin, nun, nün şəkilçisi qəbul edir. İkinci şəkildəki "n" samiti iki samit arasında işlənən bitişdirici samitdir. -ın, in, un, ün yiyəlik hal şəkilçisi ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə ononimdir. Məsələn, dəftərin cildi, aşığın sazı (yiyəlik hal); sənin dəftərin, sənin sazın (mənsubiyyət).

Qeyd:Yiyəlik halın sualı morfoloji sualdır, sintaktik sual deyil. Yəni, yiyəlik halın sualına cavab vermir.

Müəyyən yiyəlik halda olan söz 2 vəziyyətdə görünə bilər:

  • ismi xəbər şəklində. Məs: kitab əlinindir
  • söz birləşməsinin asılı tərəfi kimi. Məs: dəftərin üzü, qızın kitabı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yiyəlik hal haqqında məlumat. Yiyəlik hal nədir? Yiyəlik hal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ulmaceae

  • Fevral 27, 2026

    Macarıstan–Xorvatiya uniyası

  • Fevral 27, 2026

    BAFTA

  • Fevral 23, 2026

    Konstitusiya

  • Fevral 27, 2026

    Liquriya dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst