Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Batum müqaviləsi — 4 iyun 1918-ci ildə Batumda Osmanlı imperiyası ilə üç Zaqafqaziya dövləti — Birinci Ermənistan Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti (AX

Batum konfransı

  • Ana Səhifə
  • Vikipediya
  • Batum konfransı

Batum müqaviləsi — 4 iyun 1918-ci ildə Batumda Osmanlı imperiyası ilə üç Zaqafqaziya dövləti — Birinci Ermənistan Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Gürcüstan Demokratik Respublikası arasında imzalanmış müqavilə. Bu, Birinci Ermənistan Respublikası ilə AXC-nin ilk müqaviləsi idi və 14 maddədən ibarət idi.

Batum müqaviləsi
İmzalanma tarixi 4 iyun 1918
İmzalanma yeri
  • Batumi
Tərəflər Osmanlı imperiyası, Ermənistan Demokratik Respublikası, Gürcüstan Demokratik Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti
Vikimənbənin loqosu Batum müqaviləsi Vikimənbədə

Mündəricat

Zəmin

5 dekabr 1917-ci ildə ruslar və osmanlılar arasında Ərzincan barışığı imzalandı və beləliklə Rusiya ilə Osmanlı imperiyası arasında Fars cəbhəsində və Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsinin Qafqaz cəbhəsində silahlı qarşıdurmalara son qoyuldu. Ərzincan barışıq müqaviləsinin ardınca 3 mart 1918-ci ildə Rusiyanın Birinci Dünya müharibəsindən çıxması ilə bağlı Brest-Litovsk sülh müqaviləsi imzalandı. 1918-ci ilin 14 mart-aprel tarixləri arasında Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi nümayəndə heyəti arasında Trabzon sülh konfransı keçirildi. Ənvər Paşa danışıqların sonunda Brest-Litovskda Şərqi Anadolu vilayətlərinin Osmanlı tərəfindən yenidən ələ keçirilməsinin tanınması müqabilində Qafqazdakı bütün ambisiyalarından çəkilməyi təklif etdi. Aprelin 5-də Zaqafqaziya nümayəndə heyətinin rəhbəri Akaki Çxenkeli Brest-Litovsk müqaviləsini daha çox danışıqlar üçün əsas kimi qəbul etdi və idarəetmə orqanlarını bu mövqeyi qəbul etməyə çağırdı. Tiflisdə hökm sürən əhval-ruhiyyə çox fərqli idi. Ermənilər respublikaya təzyiq göstərərək, Osmanlı imperiyası ilə öz aralarında müharibə vəziyyətinin olduğunu bildirirdilər. Döyüşlər yenidən başladı və Osmanlı qoşunları şərqdə yeni torpaqları ələ keçirərək müharibədən əvvəlki sərhədlərə çatdı. Erməni-gürcü könüllülərinin geri çəkilməsi və Osmanlı irəliləyişi zamanı təxminən 40.000 dinc sakin həlak olub. Şərqi Anadolu üzrə amerikalı həkim Klarens Uşerin sözlərinə görə, Rusiyanın geri çəkilməsi zamanı öldürülən ermənilərin sayı 7000 nəfər olub.

Müqavilə

Mayın 11-də Batumda yeni sülh konfransı açıldı. Osmanlılar öz tələblərini Tiflisi, Aleksandropol və Eçmiədzini daxil etmək üçün genişləndirdilər. Onlar həm də Qars və Culfanı Bakı ilə birləşdirəcək dəmir yolunun çəkilməsini istəyirdilər. Nəqliyyat dəhlizinin keçəcəyi yeni Ermənistan dövləti sərbəst keçid hüququ verməli idi. Mayın 21-dən başlayaraq Osmanlı ordusu Rusiya Ermənistanının XVII əsrdən bəri sultanın nəzarətində olmayan ərazilərinə yenidən irəliləməyə başladı. Münaqişə Sərdarabad döyüşü (21-29 may), Qarakilsə döyüşü (24-28 may) və Baş-Abaran döyüşü (21-24 may) ilə nəticələndi.

Müqavilə Üçüncü Ordunun İrəvandan 7 km, Eçmiədzindən isə cəmi 10 km məsafədə mövqe tutduğu vaxt imzalanmışdır. Müqavilə Mərkəzi dövlətlər tərəfindən araşdırılmalı və təsdiq edilməli idi. Müqavilədən 15 gün sonra Ermənistandan olan nümayəndələrdən İstanbula gəlmələri xahiş olundu. Təslim edilmiş ərazilərdə müharibədən əvvəlki 1.250.000 əhalinin əksəriyyəti ermənilər idi, 400.000-dən çoxu isə təkcə İrəvan quberniyasının təslim olunmuş hissəsində idi.

İmzalayanlar

Osmanlı tərəfdən
  • Xəlil Məntəşə — Ədliyyə naziri
  • Mehmet Vehib paşa – Qafqaz cəbhəsi zamanı Üçüncü Ordunun komandiri
Ermənistan tərəfdən
  • Avetis Ağaronyan – Erməni Milli Şurasının sədri
  • Aleksandr Xatisyan – Xarici İşlər Naziri
  • M. Babaçanyan
  • Qorqanyan
Azərbaycan tərəfdən
  • Məhəmməd Əmin Rəsulzadə – Azərbaycan Milli Şurasının sədri
  • Məmmədhəsən Hacınski – Xarici İşlər Naziri
Gürcüstan tərəfdən
  • Noy Ramişvili — Baş nazir
  • İliya Odişelidze — Müdafiə nazirinin müavini
  • Qiorqi Qvazava — Gürcüstan Milli Şurasının rəyasət heyətinin üzvü
  • Qriqol Rtsxiladze — Gürcüstan Milli Şurasının üzvü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Batum konfransı haqqında məlumat. Batum konfransı nədir? Batum konfransı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çuxursəəd bəylərbəyliyi

  • Fevral 27, 2026

    Eritrosit

  • Fevral 27, 2026

    Prodüser

  • Fevral 27, 2026

    Gəncə qəzası

  • Fevral 27, 2026

    Adına günü

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst