Evenlər (even эвен; kişi.cinsi — even, qadın.cins — evenka) — Sibir ərazisində yayılmış Tunqus-mancur dillərinə aid dilə malik xalq. Qohum xalqlar: Evenklər
![]() | |||
| Ümumi sayı | |||
|---|---|---|---|
| 22,000 | |||
| Yaşadığı ərazilər | |||
| |||
| Dili | |||
| Even dili | |||
| Dini | |||
| Şamanizm, Provaslav, | |||
| Qohum xalqlar | |||
| Nanaylar, Evenklər |
Yayılması və sayları

Ümumi sayları 20 min nəfər təşkil edir. 2002-ci ildə siyahıya alınmaya görə Saxa ərazisində 11,657, Maqadan vilayəti ərazisində 2527, Kamçatka vilayətində 177, Çukotka Muxtar Dairəsi 1407 və Xabarovsk diyarında 1272 nəfər even yaşayır
Ukrayna ərazisində 2001 il siyahıya alınmasına görə burada 104 even yaşayır
1930—1934 illərdə Uzaq şərqdə Oxoxt-Even milli dairəsi mövcud olmuşdur.
2002 ilə olam məlumatlar
Saxa Respublikası:
- Yakutsk şəhəri - 1213 nəf
- Qataqay-Alıta kəndi - 726 nəf
- Topolinoye kəndi - 671 nəf
- Sebyan Kyoel - 648 nəf
- Çokurdax kəndi - 363 nəf
- Sasır kəndi - 354 nəf
- Kustur kəndi - 296 nəf
- Andeyoşkino kəndi - 271 nəf
- Deputatskiy - 270 nəf
- Berezovka kəndi - 267 nəf
- Sayılık kəndi - 261 nəf
- Saskılax - 247 nəf
- Tiksi qəsəbəsi - 233 nəf
- Xonuu kəndi - 212 nəf
- Kazaçe kəndi - 179 nəf
- Xayır kəndi - 178 nəf
- Carqalax - 148 nəf
- Çerskiy - 146 nəf
- Olenoqorsk - 137 nəf
- Yoçuqey kəndi - 129 nəf
- Tomtor kəndi - 125 nəf
- Kuberqanya kəndi - 115 nəf
- Xandıqa qəsəbi - 115 nəf
Maqadan vilayəti:
- Qijiqa kəndi - 332 nəf
- Maqadan - 310 nəf
- Ola - 292 nəf
- Omsukçan - 286 nəf
- Taxtoyamsk - 212 nəf
- Qarmanda kəndi - 210 nəf
- Evensk - 191 nəf
- Seymçak - 127 nəf
- Tauysk - 102 nəf
Kamçatka diyarı:
- Esso kəndi - 498 nəf
- Anavqay kəndi - 320 nəf
- Xailino - 165 nəf
- Ayanka kəndi - 157 nəf
- Palana - 111 nəf
- Çukot Muxtar Dairəsi:
- Olom kəndi - 417 nəf
- Anyoysk - 248 nəf
- Anadır şəhəri - 142 nəf
- Bilibino - 108 nəf
Xabarovsk diyarı:
- Arka kəndi - 271 nəf
- Ketanda - 166 nəf
- Usçan - 103 nəf
- Nyadbaki qəsəbəsi - 102 nəf
Evenlərin illərə görə sayı:

Dil
Altay dil ailəsinin Tunqus-macur dilləri qrupuna daxildir. Onda çox dialekti vardır. Onlar arasında şərq, qərb və orta dialektləri fərqlənir. Onların 52,5 % rus dilində sərbəst danışır və 27,4 % isə rus dilini doğma dil hesab edir. Onların formalaşması Pribaykal, Zabaykal və Şərqi Sibir ərazisində formalaşmışlar. Bu bizim eranın birinci minilliyinə təsadüf edir. Evenlərin bir hissəsi Yukagirlər və Yakutlar tərəfindən assimiliyasiya olunmuşlar. Rusların bölgəni işğal etməsindən sonra evenlər rusların təsir dairəsində assimiliyasiya olunmuşlar.
1932-ci ilə qədər even dili yazıya sahib olmamışdır. Ancaq rus əlifbası ilə yayı həyata keçilirirdi. Hazırda üvenlər arasında əsas ünsiyyət vastədi Rus dili və Saxa dilindən istifadə edilir.
İnancları
Evenlər rusların işğalından sonra bölgəyə gələn misionerlərin fəsliyyəti sayəsində kristianlığı qəbul etmişlər. XIX əsrin əvvəllərində xristialıq onların bütün həyatına təsir göstərir. XIX əsrın əvvəllərində S. Popov rus əlifbaslndan istifadə edərək even dilində duaları tərtib eymişdir..
Mədəniyyət
Xüsusi geyimlərə malikdirlər. Geyimləri qadınlar tikirlər. Rusların təsiri ilə cib dəsmalları evenlər arasında istifadə edilir. Dəsmal tikişi qadınlar arasında məşhurlaşmışdır.

Qidalanmalarına gəldikdə onların əsas təsərrüfatı maralçılıq olmasına baxmayaraq onlar ətə olan tələbatı vəhşi heyvanların hesabına ödəyirdilər. Ov onların əsas məşğuliyyəti sayılır. Ovçuluqda əsas sahələr balıqçılıq və suiti ovudur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Evenlər haqqında məlumat. Evenlər nədir? Evenlər nə deməkdir?
