Şilyan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Şilyan kənd inzibati ərazi dairəsində kənd.
| Şilyan | |
|---|---|
| |
| 40°19′25″ şm. e. 48°01′07″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Şilyan | |
Bələdiyyə
Şilyan–Qarabucaq bələdiyyəsinə tabedir.
Tarixi
16–17-ci əsrlərdə bu ərazidə şilyan tayfaları məskunlaşmışdır. 1859-cu ilə qədər ərazi Şamaxı quberniyasının Göyçay qəzasına, 1859-cu ildə quberniyanın mərkəzi Bakıya köçürüləndən sonra isə Bakı quberniyasına tabe olmuşdur. 1918-ci ildə Osmanlı ordusunun komandanı Nuru Paşa bu əraziyə kömək üçün gəlmiş və aclıq və xəstəlikdən ordunun xeyli hissəsi tələf olmuşdur. Kənd sakinləri hələ də məişət qazıntıları apararkən bu qalıqlara rast gəlir.
Toponimikası
Şilyan oyk. Şirvan düzündədir. Yaşayış məntəqəsi Ucar r-nu ərazisində mövcud olmuş Müsüslü Şilyan kəndindən köçüb gəlmiş ailələrin indiki ərazidə maskunlaşması nəticəsində yaranmışdır. Kənd Göyərçin Şilyan və Orta Şilyan (Düyü Şilyan da adlanır) kimi iki məhəlləyə ayrılır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 4733 nəfər əhali yaşayır.
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Ərazisində 2 məktəb, tibb məntəqəsi var. Əraziyə qaz xətti, həmçinin yeni asfalt yollar çəkilmişdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şilyan haqqında məlumat. Şilyan nədir? Şilyan nə deməkdir?

