Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cavanşir Rəhimov (tam adı: Cavanşir İzzət oğlu Rəhimov; 5 iyun 1973, Qaşqaçay, Qax rayonu – 6 avqust 1992, Çıraqlı, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəman

Cavanşir Rəhimov

  • Ana Səhifə
  • Vikipediya
  • Cavanşir Rəhimov

Cavanşir Rəhimov (tam adı: Cavanşir İzzət oğlu Rəhimov; 5 iyun 1973, Qaşqaçay, Qax rayonu – 6 avqust 1992, Çıraqlı, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Cavanşir Rəhimov
Cavanşir İzzət oğlu Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1973
Doğum yeri Qaşqaçay, Qax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 6 avqust 1992 (19 yaşında)
Vəfat yeri Qasapet, Ağdərə rayonu, Azərbaycan
Dəfn yeri Bakı şəhəri, Şəhidlər xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Hava Qüvvələri
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir.

Şəhadəti

6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin işçiləri və Cavanşirin atasının iştirakı ilə dəfn edilir.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Azərbaycanın ən gənc Milli Qəhrəmanıdır.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

İrsi

Suraxanı rayonundakı 146 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır və Qaraçuxur qəsəbə parkında büstü qoyulub.

Milli Qəhrəman Cavanşir Rəhimov haqqında "Cavanşir" adlı sənədli film çəkilmişdir. Qax şəhərindəki Səməd Vurğun adına Mədəniyyət evində rejissor Kəmalə Musazadənin quruluşunda olan "Cavanşir" sənədli filminin təqdimatı keçirilmişdir.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 241.
  • Qəhrəmanların ekran ömrü: Şəhid Qaratel Hacımahmudova və Milli Qəhrəman Cavanşir Rəhimov haqqında sənədli filmlərin təqdimatı: [Tovuz rayonunda] //Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 7.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cavanşir Rəhimov haqqında məlumat. Cavanşir Rəhimov nədir? Cavanşir Rəhimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Van gölü

  • Fevral 27, 2026

    Quş qripi

  • Fevral 27, 2026

    Mordoviya

  • Fevral 27, 2026

    Xoruz

  • Fevral 27, 2026

    Konseptualizm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst