Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanı

Brijit Makron

  • Ana Səhifə
  • Vikipediya
  • Brijit Makron

Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır.

Brijit Makron
fr. Brigitte Macron
Fransanın birinci xanımı
15 may 2017 – vəzifədədir
PrezidentEmmanüel Makron
ƏvvəlkiValeri Trierveyler (2012—2014)
Şəxsi məlumatlar
Doğum adı Brigitte Marie-Claude Trogneux
Doğum tarixi 13 aprel 1953 (72 yaş)
Doğum yeri Amyen, Fransa
Təhsili
  • IV Henri Liseyi[d]
İxtisası Pedaqogika
Fəaliyyəti secondary school teacher
Atası Jan Tronyö
Anası Simona Tronyö
Həyat yoldaşı Emmanüel Makron
Uşaqları ilk nikahdan: oğlu: Sebastyan (1975),
qızları: Lorans (1977), Tifen (1984)
ikinci nikahdan: yoxdur
Təltifləri Grand Cross of Royal Norwegian Order of Merit — 2025 Order of Grimaldi Finlandiyanın "Ağ qızılgül" ordeni "Qütb ulduzu" ordeni Grand Cross of the Order of the Dannebrog — 2018 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı — 2021 "Şahzadə Henri" ordeni Commander of the National Order of the Ivory Coast — 2019 Order of National Merit
elysee.fr/brigitte-macron
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub. Brijit altı uşaqlı ailənin sonbeşiyi olub, onunla böyük qardaşı arasında 20 yaş fərq var. Zəngin burjua sinfinə aid olan Tronyö ailəsi Amyen şəhərində 1872-ci ildə məskunlaşıb. Ailə burada şokolad və bir neçə yerli qənnadı məmulatlarının istehsalı ilə məşğul olub.

Brijit 1974-cü il iyunun 22-də gələcəyin bankiri Andre Lui Ozyer ilə ailə qurub. Bu zaman onun cəmi 21 yaşı olub. Nikahdan 3 uşaq dünyaya gəlib: Sebastyan (doğ. 1975), Lorans (doğ. 1977) və Tifen (doğ. 1984). Oğlu Sebastyan — mühəndis, qızları: Lorans — kardioloq, Tifen isə vəkil olub. Onlar 2006-cı ildə boşandılar. Brijitin hazırda yeddi nəvəsi var.

Brijit humanitar elmlər sahəsində CAPES sertifikatı aldıqdan sonra ilk öncə Parisdə, daha sonra isə Strasburqda — "Lucie-Berger" protestant məktəbində dərs deməyə başlayıb. O, 1991-ci ildə doğma şəhərinə qayıdıb və burada "La Providence" yezuit liseyində fransız və latın dilləri müəlliməsi kimi işləməyə başlayıb. Brijit 1993-cü ilin mayında qızı Loransın həmyaşıdı və sinif yoldaşı olan Emmanüel Makronla qarşılaşıb. Emmanüel onun ədəbiyyat dərslərinə baş çəkirdi. 1994-cü ildə onların arasında sevgi romanı başlandı. Emmanüelin atası, nevrologiya üzrə professor Jan-Mişel Makron Brijitin oğlu ilə ünsiyyətinə qadağa qoyub. Emmanüelin 17 yaşı tamam olanda valideynləri onu Parisə, IV Henrix adına gimnaziyaya oxumağa göndəriblər. O vaxtdan Makronla Brijit yalnız məktublaşa biliblər.

20 oktyabr 2007-ci ildə Emmanüel Makronla evlənib. Brijitin qızları Lorans və Tifen analarının toyunda iştirak ediblər. Brijit Emmanüel Makronun həyat yoldaşı qismində ictimaiyyət qarşısında ilk dəfə — 2 iyun 2015-ci ildə, İspaniya kralı VI Flipp və onun həyat yoldaşı ilə rəsmi şam yeməyi zamanı görsənib.

Brijit özünü Makronun siyasi karyerasına həsr edib. O, siyasi çıxışların hazırlanmasında Makrona yardım göstərir. Amma Brijit siyasi xadim olmaq niyyətində deyil. O deyir ki, yalnız ərinin yanında olmaq istəyir.

Emmanüel və Brijitin birgə nikahdan uşaqları yoxdur. Mediaya açıqlamasında Makron bildirib ki, onlar Brijitlə uşaq dünyaya gətirməmək qərarı veriblər. Makron bioloji uşaqlara və nəvələrə ehtiyacı olmadığını vurğulayıb.

Həmçinin bax

  • Emmanüel Makron

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Brijit Makron haqqında məlumat. Brijit Makron nədir? Brijit Makron nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    RSFSR

  • Fevral 27, 2026

    Budaq sultan

  • Fevral 27, 2026

    Alxaslı

  • Fevral 27, 2026

    II Ceyms

  • Fevral 24, 2026

    YUNESKO

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst