Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Niyaz Adil (Ədil) oğlu Hacıyev (7 noyabr 1941, Hoğa, Qaryagin rayonu – 31 avqust 2023) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Şuş

Niyaz Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Niyaz Hacıyev

Niyaz Adil (Ədil) oğlu Hacıyev (7 noyabr 1941, Hoğa, Qaryagin rayonu – 31 avqust 2023) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi (1980–1988).

Niyaz Hacıyev
Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi
15 yanvar 1980 – 31 avqust 1988
ƏvvəlkiƏhəd Kərimov
SonrakıVaqif Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 7 noyabr 1941(1941-11-07)
Doğum yeri
  • Hoğa, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 31 avqust 2023(2023-08-31) (81 yaşında)
Dəfn yeri
  • Ümumşəhər qəbiristanlığı
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (–1990)
Təhsili
  • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (–1970),
  • Bakı Ali Partiya Məktəbi (1981–1985)

Həyatı

Niyaz Ədil oğlu Hacıyev 1941-ci ildə hazırkı Füzuli rayonunun Üçbulaq kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirmiş və Şuşa rayonuna işləməyə təyinat almışdır. Bir ilə yaxın rayonun Malıbəyli kənd baytarlıq məntəqəsinin müdiri işləmiş, 1971–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsində şöbə müdiri, 1973–1978-ci illərdə isə rayon və Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) partiya komitələrində təlimatçı vəzifələrində çalışmışdır.

Niyaz Hacıyev 1978-ci ildə Azərbaycan KP Mardakert Rayon Komitəsinin ikinci katibi, 1980-ci ildə isə Şuşa Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1981–1985-ci illərdə qiyabi olaraq Ali Partiya Məktəbində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir.

Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin büro üzvlüyünə namizəd olan Niyaz Hacıyev Qarabağ hadisələri zamanı fəal çalışmışdır. 1988-ci ilin iyun ayında o, bir qrup azərbaycanlı deputatdan imza toplayaraq DQMV-nin ləğv edilməsi məsələsini ilk dəfə rəsmən Azərbaycan SSR Ali Soveti qarşısında qaldırmışdır. Həmin il Ermənistandan deportasiya edilmiş azərbaycanlıları Şuşa rayonunda yerləşdirdiyinə görə DQMV Partiya Komitəsi bürosunda onun məsələsinə baxılmış, Arkadi Volskinin tələbi ilə 1988-ci ilin avqust ayında Əbdürrəhman Vəzirov tərəfindən Azərbaycan KP Şuşa Rayon Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir.

Şuşa rayonunun rəhbəri vəzifəsindən azad edilərək Bakıya göndərildikdən sonra Niyaz Hacıyev uzun illər Nazirlər Kabinetində sektor müdiri vəzifəsində çalışmışdır. 1991-ci ildə Azərbaycan Respublikası Proqnozçular İttifaqını təsis etmiş və rəhbəri olmuşdur.

Niyaz Hacıyev Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 20 Yanvar faciəsindən sonra partiyanı tərk etmiş ilk azərbaycanlılardan olmuşdur.

Niyaz Hacıyev 31 avqust 2023-cü ildə vəfat etmişdir.

Kitabları

  • Bakı qırğını. Bakı. 1990
  • Uzun ömrün sirri və təşkili. Bakı: Azərbaycan Milli Ensiklopediyası. 2001
  • Dağlıq Qarabağın tarixindən sənədlər. Bakı: Gənclik. 2005

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Niyaz Hacıyev haqqında məlumat. Niyaz Hacıyev nədir? Niyaz Hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toxucu dəzgah

  • Fevral 27, 2026

    Elba (çay)

  • Fevral 25, 2026

    Robert Huk

  • Fevral 27, 2026

    Dərbənd əmirliyi

  • Fevral 27, 2026

    Paroxod

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst