Serqo Aleksandroviç Zakariadze (gürc. სერგო ზაქარიაძე; 18 iyun 1909 və ya 1 iyul 1909, Bakı – 12 iyul 1971 və ya 13 aprel 1971, Tbilisi) — Sovet və gürcü aktyoru, SSRİ xalq artisti (1958).
| Serqo Zakariadze | |
|---|---|
| gürc. სერგო ზაქარიაძე | |
| |
| Doğum tarixi | 18 iyun 1909 və ya 1 iyul 1909 |
| Doğum yeri | |
| Vəfat tarixi | 12 iyul 1971 (62 yaşında) və ya 13 aprel 1971 (61 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Fəaliyyəti | aktyor, siyasətçi, kino aktyoru, teatr pedaqoqu[d] |
| Fəaliyyət illəri | 1926-cı ildən |
| Təhsili |
|
| Mükafatları | + |
| IMDb | ID0953314 |
Həyatı
Serqo Zakariadze 1 iyul 1909-cu ildə Bakıda anadan olmuşdur.
Tbilisi Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1926-cı ildə yardımçı heyətin əməkdaşı kimi Rustaveli adına teatra daxil olur.
1928–1930-cu illərdə Kutaisidə K. A. Marcanişvilinin təşkil etdiyi teatrın aktyoru olur. 1930-cu ildə teatr kollektivi ilə birlikdə Tiflisə köçmüşdür. 1956-cı ildə isə o, yenə də Rustaveli adına teatra qayıdır.
1955–1960-cı illərdə Gürcüstan teatr institutunda səhnə danışığı mövzusunda pedaqoji iş aparmışdır.
Serqo Zakariadze yaradıcılığında öz fikirlərini inadla və cəsarətlə həyata keçirirdi. O, öz qəhrəmanlarının xarakter cizgilərini məharətlə tapırdı. Onun ifasında həm dramatik, həm xarakterik, həm də komik rollar gözəl alınırdı.
1966-cı ildə 7–8 çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Serqo Zakariadze 13 aprel 1971-ci ildə Tbilisidə vəfat etmişdir. Mtasminda dağında yerləşən gürcü mədəniyyət xadimlərinin panteonunda dəfn olunmuşdur.
Xatirəsi
"Əsgər atası" filmində ifa etdiyi Georgi Maxaraşvili obrazına Gürcaani şəhərində abidə ucaldılıb.
Dənizdə Novorosiysk Dəniz Gəmiçiliyində qeydiyyata alınmış "Serqo Zakariadze" adlı gəmi üzür.
Filmoqrafiya
- Sonuncu səlibçilər (1935)
- Dariko (1936)
- Vətən (1939)
- Dostluq (1941)
- Georgi Saakadze (1942)
- Kutuzov (1943)
- Keto və Kote (1948)
- Albaniya Skanderbeqin böyük müharibəsi (1953)
- Sonuncu gün, birinci gün (1959)
- Dəniz yolu (1962)
- Paliastomi (1963)
- Əsgər atası (film, 1964)
- Keçmişlə görüş (1966)
- Tezliklə yaz gələcək (1967)
- Qəm yemə! (1969)
- Vaterloo (1970)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Serqo Zakariadze haqqında məlumat. Serqo Zakariadze nədir? Serqo Zakariadze nə deməkdir?
