Əbül-Hüzeyl Məhəmməd ibn əl-Hüzeyl ibn Abdullah əl-Əllaf əl-Abdi əl-Bəsri (ərəb. أبو الهذيل العلاّف; təq. 752, Bəsrə və ya Bağdad – 840, Səmərra, Səlahəddin mühafəzəsi) — Bəsrə Mötəziləsinin banisi.
| Əbül-Hüzeyl əl-Əllaf | |
|---|---|
| ərəb. أبو الهذيل العلاّف | |
| |
| Doğum tarixi | təq. 752 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 840 (87–88 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | Mötəzilə məzhəbi, kəlam |
| Tanınmış yetirmələri | Nəzzam |
Bioqrafiyası
Hicri 135-ci (752) ildə Bəsrədə doğulub. Həyatı haqqında məlumatlar olduqca azdır. Heyvan yemi ticarəti ilə məşğul olduğu üçün "Əllaf" adlandırılmışdır. Osman ibn Xalid ət-Tavil, Bişr ibn Səid, Əbu Osman əz-Zəfərani, Dirar ibn Əmr, Əmr ibn Ubeyd kimi alimlərə tələbəlik etdi. Nəzzam, Şəhham, Əbu Bəkr Əsam, Əli əl-Əsvari, Sümamə ibn Əşrəs, İbn Əbu Duəd, Cəfər ibn Mübəşşir və Cəfər ibn Hərb ona tələbəlik etdilər. 15 yaşından elmi debatlarda iştirak etməyə başladı. Yəhudi, xristian və atəşpərəstlərlə debatlar etdi. Onlardan bəzilərinin İslamı qəbul etməsinə nail oldu. Şiə alimlərindən Hişam ibn Həkəm və İbn Küllab da onun elmi debat etdi şəxslərdəndir. Bir müddət Bağdadda yaşamış, burada xəlifə Məmunun etimadını qazamışdır. Burada Beytül-Hikmənin rəhbəri Səhl ibn Harun ilə dostluq etdi. Səmərra getdi və orada vəfat etdi.
Əsərləri
Onun 60-dan çox əsər qələmə aldığı deyilir. Lakin onlardan heç biri dövrümüzə qədər gəlib çatmamışdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbül-Hüzeyl əl-Əllaf haqqında məlumat. Əbül-Hüzeyl əl-Əllaf nədir? Əbül-Hüzeyl əl-Əllaf nə deməkdir?
