Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Annenfeld və ya Annino (alm. Annenfeld‎) — Əsası 1818-ci ildə Cənubi Qafqazda qoyulan, indiki Azərbaycanda Şəmkir rayonunun ərazisində yerləşən Alman koloniyası

Annenfeld

  • Ana Səhifə
  • Vikipediya
  • Annenfeld

Annenfeld və ya Annino (alm. Annenfeld‎) — Əsası 1818-ci ildə Cənubi Qafqazda qoyulan, indiki Azərbaycanda Şəmkir rayonunun ərazisində yerləşən Alman koloniyasıdır.

Annenfeld

Mündəricat

Tarix

Almanların ilk köçü 1818-ci ilə təsadüf olunur. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Göygöl rayonu) və Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi. Koloniyalardan biri olan Annenfeld alman koloniyası 1917-ci ilə kimi Yelizavetpol quberniyası tərkibində qalmışdır.

Annenfeld öz adını I Pavelin kiçik qızı olan Anna Pavlovanın adından götürür. Koloniyada Vürtemburq ərazisindən olan 67 ailə yaşayırdı. 1826-cı ildə ikinci Rusiya-İran müharibəsində (1826–1828) bir çox ailə İran qoşunu tərəfindən məhv edilmişdir. Böyük soyuqdəymə nəticəsində 1818–1831-ci illərdə 185 nəfər doğulmuş, 479 nəfər ölmüşdür. 1831-ci ildə almanların bu koloniyanı tərk etməsinə baxmayaraq, torpaqsız qalmışlar. Bu səbəbdən məhz həmin ildə almanlar yenidən Annenfeldə geri dönmüşlər. Onların qayıdışı Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdir. Rəsmi surətdə isə 4 avqust 1842-ci ildə Rusiya çarı I Nikolay tərəfindən təsdiq edilmişdir. 1873-cü ildə ailələr 8 mil şimala, kənd vadisinə köçürülmüşlər. Kənddə məktəb də var idi. 9 fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verillmişdi. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. İkinci dünya müharibəsinin başlanmasından az sonra SSRİ-nin qərb ərazilərində yaşayan bütün almanlar Mərkəzi Asiya regionuna deportasiya edildilər. Annenfelddə yaşayan almanlar da 1941-ci oktyabrın 15–20-si tarixləri arasında bütünlüklə Qazaxıstan sürgün edildilər.

Kilsə

1885-ci ildə Protestant icmalarının Yelenendorf, Annenfeld və Georqsfeld koloniyalarına gəlişi ilə əlaqədar olaraq, 1909-cu ildə Annenfeld koloniyasında kilsə tikilmişdir.

Təsərrüfat

1820-ci ildə Annenfelddə 3185 hektar torpaq sahəsi var idi. Burada üzümçülük və bağçılıq inkişaf etmişdir. 1905-ci ildə şərab zavodunun açılması haqqında "Saziş" imzalanmışdır ki, həmin zavodun əsası 1907-ci ildə qoyulmuşdur. Bu saziş 1913-cü ildə istehlakçı kooperativ tərəfindən təsis edilmişdir. Koloniyada Klara Zetkin adında kolxozçu qadın var idi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar günü ideyasının müəlifidir.

Əhali

İl 1818 1836 1843 1859 1869 1886 1897 1907 1913 1918 1921 1923 1926
Koloniya Əhalisi 277 185 183 193 199 492 (437 alman) 860 (665 alman) 751 780 875 956 1189 (969 alman) 2166 (1208 alman)

Ədəbiyyat

  • Zeynalova S. М.: Azərbaycandakı Alman koloniyaları: 1919–1941-ci illər. — Bakı, 2002.
  • İbrahimov N. А.: Azərbaycan tarixinin Alman səhifələri. — Bakı, 1995.
  • İbrahimov N. A.: Heimat in der Fremde. Der Deutsche Einfluß auf die Entwicklung Aserbaidschans. — Mainz, 1997. — (Kitabın prezentasiyası Almaniyadan keçib)
  • Cəfərli M. Ş.: Politika terroru, almanların taleyi. — Bakı, 1998.
  • Polonski L.: "Сименс" на Кавказе. Документальное повествование. — Bakı, 1995.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Annenfeld haqqında məlumat. Annenfeld nədir? Annenfeld nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kirakos Qandzaketsi

  • Fevral 27, 2026

    Toni Stark

  • Fevral 27, 2026

    Əmr

  • Fevral 27, 2026

    Elmlər namizədi

  • Fevral 27, 2026

    Sual cümləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst