Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəmahiriyyə(ərəb. جماهيرية‎) — ərəb termini olub, əsasən "Kütlələrin dövləti" kimi tərcümə edilir. Bu termin Muammər Qəddafinin 1975-ci ildə nəşr olunan "Yaşıl

Cəmahiriyyə

  • Ana Səhifə
  • Vikipediya
  • Cəmahiriyyə

Cəmahiriyyə(ərəb. جماهيرية‎) — ərəb termini olub, əsasən "Kütlələrin dövləti" kimi tərcümə edilir. Bu termin Muammər Qəddafinin 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ında qeyd edilmişdir. "Cəmahiriyyə" ("kütlə", "kütlələrin" mənası verir) sözü ilk dəfə yalnız 1981-ci ildə nəşr edilən kitabın üçüncü hissəsində istifadə edilmişdi. Bu ifadə - إن الحركات التاريخية هي الحركات الجماهيرية (Inna al-ḥarakāt at-tārīkhīyah hiya al-ḥarakāt al-camāhīrīyah) şəklində idi və mənası "Tarixi axın kütlələrin axınıdır" idi.

Dövlət idarəetmə formaları
  • Aristokratiya
  • Demokratiya
    • Təqlidçi demokratiya
    • Liberal demokratiya
    • Nümayəndəli demokratiya
    • Birbaşa demokratiya
    • Burjua demokratiyası
  • Despotizm
  • Cəmahiriyyə
  • Diarxiya
  • Diktatura
    • Hərbi diktatura
    • Faşist diktaturası
  • Kleptokratiya
  • Korporatokratiya
  • Meritokratiya
  • Monarxiya
    • Mütləq monarxiya
    • Uzurpasiya
    • Konstitusiyalı monarxiya
      • Dualistik monarxiya
      • Parlament monarxiyası
    • Silki-nümayəndəli monarxiya
  • Netokratiya
  • Birpartiyalı sistem
  • Oliqarxiya
  • Oxlokratiya
  • Plutokratiya
  • Respublika
    • Parlament respublikası
    • Prezident respublikası
    • Qarışıq respublika
  • Teokratiya
  • Texnokratiya
  • Tiraniya
redaktə
Muammər Qəddafi

Cəmahiriyyə sözü ərəb dilində "respublika" mənası verən "cümhuriyə" sözündən törəmişdir. İctimaiyyət, camaat mənası verən "cümhur" sözünün cəmi "kütlə" mənasına gələn "cəmahir" sözüdür. Cəmahiriyyə sözü "Kütlənin Respublikası" mənasını verir. Bu sözün xeyli müddət tərcümə edilməməsinə baxmayaraq, sonda Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsi şəklinə gəldi.

Reyqan hökumətinin 1986-cı il bombalamasından sonra Qəddafi ölkənin rəsmi adının əvvəlinə "Böyük" (العظمى, al-‘Uẓmá) sözünü əlavə etdi.

Mündəricat

Cəmahiriyyəyə keçid (1973-1977)

Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin Bayrağı

Qəddafinin ideoloji fikirlərini ehtiva edən "Liviya cəmiyyətinin yenidən qurulması"nın rəsmi olaraq tətbiq edilməsi 1973-cü ildə başlanan mədəni və ya ictimai inqilab vasitəsilə başlandı. Bu inqilab bürokratik geriliklə mübarizəni, xalqın ehtiyacı ilə maraqlanmağı, altmilli hökumət idarəçiliyində iştirakı və milli siyasi koordinasiya problemlərini nəzərdə tuturdu. Qəddafi yurddaşlarında inqilabi şövq yaratmaq, onları böyük çoxluqla siyasi işlərə dəvət etmək üçün, onları ənənəvi hakimiyyəti dəyişməyə və hakimiyyət orqanlarını yenidən təşkil etməyə dəvət etdi. Bunu etmək üçün "Xalq Komitəsi" yaradıldı. Bir neçə ay içərisində Liviyanın hər yerində bu cür komitələr yaradıldı. Onlar funksional və coğrafi mərkəzli idilər, yerli və regional idarəçiliyə nəzarət edirdilər. Xalq Komitələri bir-birindən fərqli təşkilatlarda - universitetlərdə, ticarət şirkətlərində, bürokratik idarəçilikdə, media bazalarında qurulmuşdu. Coğrafi əsaslı komitələr quberniya, bələdiyyə və bölgə (aşağı) səviyyələrinə bölünmüşdülər. Bölgə səviyyəli xalq komitələrində yerlər xalq seçkiləri vasitəsilə doldurulurdu, bu şəkildə seçilən üzvlər sonradan daha yuxarı vəzifəyə seçilə bilərdilər. 1973-cü ilin ortalarında xalq komitələrinin sayı təxminən 2000-ə çatırdı.

Qəddafi inzibati və tənzimləyici vəzifələri çərçivəsində və üzvlərinin seçilmə metodu ilə xalq komitələrinin birbaşa demokratiya anlayışını ehtiva etdiyini 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ının birinci cildində qeyd etdi. Bu anlayış yeni siyasi quruluşdan ibarət "xalq konqresləri"nin yaradılması fikrini irəli çıxardı. Yeni sistemin mərkəzində Baş Xalq Konqresi dururdu.

Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsi (1977-2011)

Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin Gerbi

1977-ci il martın 2-də Qəddafinin əmri ilə Baş Xalq Konqresi "Xalq Hakimiyyətinin Qurulması Bəyannaməsini" qəbul etdi və Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin ( ərəb. الجماهيرية العربية الليبية الشعبية الإشتراكية‎, al-Jamāhīrīyah al-‘Arabīyah al-Lībīyah aş-Şa‘bīyah al-Iştirākīyah) qurulduğunu bəyan etdilər. Qəddafinin rəsmi siyasi fəlsəfəsi olan Cəmahiriyyə ölkədə unikal quruluş idi, lakin tətbiq edilməyə Üçüncü Beynəlxalq Nəzəriyyə ilə başlanıldı və Qəddafi tərəfindən bütün Üçüncü Dünyaya təklif edildi. Qəddafi özünü Lider (Qā’id) adlandırdı və hörmət əlaməti olaraq "Qardaşcasına Lider və Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin Birinci Sentyabr Böyük İnqilabının Bələdçisi" ünvanını qəbul etdi. Liviya hökuməti bildirdi ki, Liviya Cəmahiriyyəsi hər hansı siyasi partiyalar olmadan, yerli xalq şuraları və qurumları ("Əsas Xalq Konqresləri" adlanırdı) vasitəsilə idarə edilən birbaşa demokratiyadır.

1979-cu ildən sonra rəsmi siyasi mərkəzi olmasa da, Qəddafi ölkə üzərindəki mütləq idarəçiliyi icra etməyə başladı. Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin himni Allahu Əkbər (ərəb. الله أكبر‎) adlanırdı.

Ədəbiyyat

  • Muammər Qəddafi "Yaşıl Kitab"
  • Xalq Hakimiyyətinin Qurulması Bəyannaməsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəmahiriyyə haqqında məlumat. Cəmahiriyyə nədir? Cəmahiriyyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 13, 2026

    Boliviya

  • Fevral 23, 2026

    27 yanvar

  • Fevral 24, 2026

    Vikimedia Fondu

  • Fevral 24, 2026

    Bərdə

  • Fevral 20, 2026

    Qusarçay

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst