Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

XVI əsrin əvvəlindən I Şah İsmayıl Səfəvi Fars ostanının ağqoyunluların əllərindən alıb orda Zülqədər elini yerləşdirdi. Bəylərbəyiliyinin paytaxtı Şiraz şəhəri

Fars bəylərbəyliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Fars bəylərbəyliyi

Fars bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri.

Səfəvilər dövlətinin bayrağı
və gerbi
Əyalət
Fars bəylərbəyliyi
Bayraq
Bayraq
 — 
Paytaxt Şiraz
Rəsmi dilləri Azərbaycan dili, fars dili
Bəylərbəyi
 • 1503-1505  İlyas bəy Hacılar-Zülqədər  (ilk)
Tarixi
 • 1503 Yaranması
 • 1736 Səfəvilərin sonu

Mündəricat

Tarixi

XVI əsrin əvvəlindən I Şah İsmayıl Səfəvi Fars ostanının ağqoyunluların əllərindən alıb orda Zülqədər elini yerləşdirdi. Bəylərbəyiliyinin paytaxtı Şiraz şəhəri idi.

Şah İsmayıl hicri 909-cu ildə (1503 = Sıçğan ili) Farsı fəth etdikdə, bu geniş bölgənin valiliyini İlyas bəy Hacılar-Zülqədərə vermişdi. Fəqət ertəsi il bir səhvi üzündən onu öldürtdüyü kimi, yerinə təyin etdiyi Süleyman bəyi də eyni aqibətə uğratdı. Bunun üzərinə Şiraz valiliyinə Avşar Mənsur bəy gətirildi. Mənsur bəy, Ağqoyunlu Uzun Həsən bəyin hələ Diyarbəkirdə ikən yaxın əmirlərindən biri olub İranın fəthi üzərinə ona Kuhgiluyə valiliyi verilmişdi. Şah İsmayılın Farsı ələ keçirdiyini görən Mənsur bəy başına Qızılbaş tacını geyərək dirliyini mühafizə edə bildi. Ancaq Mənsur bəyin Şiraz valiliyi çox az sürmüş və bura yenə Zülqədər elindən Əmət bəyə (Sarı Şeyxlü obasından) verilmiş və Əmət bəy bu təyinatdan sonra Xəlil sultan ləqəbi ilə anılmışdır. Ancaq Çaldıran savaşında boşluq göstərdiyi ittihamı ilə Xəlil Sultan da öldürülərək yerinə Zülqədərin Çiçəkli obasından Qorucu Başı İzzəddin təyin edildi. Bunun ləqəbi də Əli Sultan idi. Zülqədərlilər Şah Abbasın zamanınadək Fars bölgəsini əllərində tutdular. Öncə vurğulandığı kimi, Diyarbəkirdə öldürülən Dülqədirli Əlaüddövlənin oğlu Şah Ruh Bəyin oğulları Məhəmməd və Əli, İsmayılın yanında olduqları kimi, Dülqədir bəyliyinin 1515-də Şahsuvar Oğlu Əli Bəyə verilməsi üzərinə Zülqədərlilərin bir qismi Şah İsmayılın xidmətinə keçdilər.

Vilayətləri

  • Şiraz
  • Abadə
  • Darab
  • Çəhrom
  • Fəsa
  • Kazerun
  • Neyriz
  • Lar

Mahalları

  • Firuzabad

Nahiyələri

Hakimləri

  • İlyas bəy Hacılar-Zülqədər, (1503-1505)
  • İbrahim xan Zülqədər
  • Əli sultan Zülqədər
  • Şahrux xan Tatılı-Zülqədər
  • Yaqub xan Zülqədər
  • Bünyad xan Zülqədər
  • Hüseyn xan Qacar
  • Fərhad xan Qaramanlı
  • Allahverdi xan
  • İmamqulu xan
  • Lütfəli xan Dağıstani (1717-1720)

Həmçinin bax

  • Fars ostanı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fars bəylərbəyliyi haqqında məlumat. Fars bəylərbəyliyi nədir? Fars bəylərbəyliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Olivin

  • Fevral 27, 2026

    Lotereya

  • Fevral 27, 2026

    Destruksiya

  • Fevral 24, 2026

    Kirmanşah

  • Fevral 27, 2026

    Xoşab

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst