Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Telli Pənahqızı (tam adı: Əliyeva Telli Pənah qızı; 24 may 1954, Vedi) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Ş

Telli Pənahqızı

  • Ana Səhifə
  • Vikipediya
  • Telli Pənahqızı

Telli Pənahqızı (tam adı: Əliyeva Telli Pənah qızı; 24 may 1954, Vedi) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü, şairə, publisist, nasir.

Telli Pənahqızı
Telli Panah qızı Əliyeva
Doğum adı Telli
Təxəllüsü Pənahqızı
Doğum tarixi 24 may 1954(1954-05-24) (71 yaş)
Doğum yeri
  • Vedi, Vedi rayonu, Ermənistan SSR, SSRİ
Fəaliyyəti jurnalist
Mükafatları 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20242024 "Tərəqqi" medalı — 20082008
"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 20062006

Mündəricat

Həyatı

Telli Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971–1976).

Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir.

12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.

Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur.

Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.

Mükafatları

Telli Pənahqızının Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib.

  • Azərbaycan "Əməkdar mədəniyyət işçisi" fəxri adı
  • Azərbaycan "Tərəqqi" medalı
  • Azərbaycan 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həmçinin, müxtəlif illərdə "Qızıl qələm", "H. B. Zərdabi", "Məmməd Araz", "Natəvan" mükafatlarına layiq görülmüşdür. "Ali Media" mükafatı laureatıdır.

Əsərləri

  • "Ömrün qoşa izi". Bakı: Maarif, 1995.
  • "Tanrımla söhbət". Bakı: 1999.
  • "Ayrılıqdan sonra çəkilmiş şəkillər". Bakı:
  • "Səsində ay işığı var". Bakı:
  • "Sizi sevən Sərdaram". Bakı: "Ziya-Nurlan", 2004.
  • "Səsin xiffəti". Bakı:
  • "Uzun, incə bir yol varmış". Bakı: 2011.
  • "Yaddaşım qaval daşı". Bakı: "Təhsil" nəşriyyatı, 2013

Filmoqrafiya

  1. Nailə (film, 1994) — ssenari müəllifi
  2. Min ev Sədərək (film, 2004)
  3. Sizi sevən Sərdaram (film, 2005)
  4. Sarı simin möcüzəsi (film, 2011) — ssenari müəllifi (Elxan Məsumovla birlikdə)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Telli Pənahqızı haqqında məlumat. Telli Pənahqızı nədir? Telli Pənahqızı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Butan

  • Fevral 27, 2026

    Rubik Kubu

  • Fevral 27, 2026

    Moda

  • Fevral 27, 2026

    Circinae

  • Fevral 27, 2026

    Osmanlı-Səudiyyə müharibəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst