Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Luçano Pavarotti (it. Luciano Pavarotti; 12 oktyabr 1935[…], Modena, İtaliya krallığı – 6 sentyabr 2007[…], Modena, Emiliya-Romanya) — italyan opera ifaçısı, li

Luçano Pavarotti

  • Ana Səhifə
  • Vikipediya
  • Luçano Pavarotti

Luçano Pavarotti (it. Luciano Pavarotti; 12 oktyabr 1935[…], Modena, İtaliya krallığı – 6 sentyabr 2007[…], Modena, Emiliya-Romanya) — italyan opera ifaçısı, lirik-dramatik tenor, XX əsrin ikinci yarısının ən məşhur opera ifaçısı.

Luçano Pavarotti
it. Luciano Pavarotti
Ümumi məlumatlar
Doğum tarixi 12 oktyabr 1935(1935-10-12)[…]
Doğum yeri
  • Modena, İtaliya krallığı
Vəfat tarixi 6 sentyabr 2007(2007-09-06)[…] (71 yaşında)
Vəfat yeri
  • Modena, Modena vilayəti[d], Emiliya-Romanya, İtaliya
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Uşağı 4
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, kino aktyoru
Fəaliyyət illəri 1961, 1955–2006
Janr opera
Albom şirkəti Decca Records[d]
Üzvlüyü
  • Üç tenor
Mükafatları "Fəxri legion" ordeninin zabit dərəcəsi — 1992 Commander of the Order of Cultural Merit — 2003 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı — 1988 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük zabit dərəcəsi — 1980 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin komandor dərəcəsi — 1976 Kennedi Mərkəzinin fəxri mükafatı
İmzanın şəkli
lucianopavarotti.com
lucianopavarottifoundation.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Luçano Pavarotti İtaliyanın şimalındakı Modena şəhərində çörəkçi və müğənni Fernando Pavarotti və siqar fabrikinin işçisi Adel Venturanın ailəsində anadan olmuşdur. Ailə çox kasıb yaşamasına baxmayaraq, ifaçı öz uşaqlığını sevgiylə xatırlayırdı. İkinci Dünya müharibəsi vaxtı, 1943-cü ildə ailə şəhərdən köçməyə məcbur olur və qonşu kənddə 1 otaqlı ev kirayəyə götürür. Burada Pavarotti əkinçiliklə maraqlanmağa başlayır.

9 yaşlı Luçano atası ilə birlikdə kilsə xorunda oxumağa başlayır. Bundan başqa gənclik illərində professor Dondi və həyat yoldaşından bir neçə musiqi dərsi alır, lakin musiqi peşəsini davam etdirmək istəmir.

Məktəbi bitirdikdən sonra özünə daimi peşə seçmək istəyir. Futbolla çox maraqlanır, hətta qapıçı olmaq istəyir, ancaq anası onu müəllim olmağa inandırır. Nəticədə Pavarotti 2 il ibtidai məktəbdə dərs deyir, lakin musiqiyə olan istək sonda qalib gəlir və musiqi təhsili almağa qərar verir.

1954-cü ildə Modenada 19 yaşı olarkən tenor Arriqo Pola onun təhsil almağa imkanının olmadığını bilərək təmannasız dərs deməyə başlayır. Təhsil aldığı müddətdə Pavarotti Adua Veoni adlı opera ifaçısı ilə tanış olur və onlar 1961-ci ildə ailə həyatı qururlar. İki il Polanın yanında dərs aldıqdan sonra müəllimi Yaponiyaya gedir və Pavarotti təhsilini Ettori Kampoqallianinin yanında davam etdirir. Təhsil ala-ala o, həm də ibtidai məktəbdə müəllim və sonra sığorta agentliyində çalışır.

İlk altı illik təhsil heç bir nəticə vermədiyindən Pavarotti hətta ifaçılıqdan imtina etmək istəyir, lakin sonradan bu fikrindən daşınır.

Karyerası

1960–1980

Pavarottinin yaradıcılıq karyerası 1961-ci ildə Beynəlxalq Vokal Müsabiqəsində qələbə ilə başlamışdır. Həmin il Pavarotti Redjio-Emiliya Teatrında Cakomo Puççininin "Bohema" operasından Rudolfun partiyasını ifa edir. Həmçinin, bu partiyanı o, 1963-cü ildə Vyanada və London Kral Opera Teatrında ifa edir.

Pavarottinin Amerikadakı debütü 1965-ci ildə Mayami operasında baş tutur.

1971-ci ildən Pavarotti "Arena di Verona" festivalında müntəzəm çıxış edir. Həmçinin, konsertlərdə iştirak edir, "La Skala" teartrı ilə Moskvaya qastrola gəlir.

1980–1990

1980-ci illərin əvvəllərində Pavarotti gənc ifaçıların beynəlxalq müsabiqəsini təsis edir.

1980-ci illərin ortalarında Pavarotti Vyana Dövlət Operası və La Skala ilə əməkdaşlığı yenidən bərpa edir. Bu illərdə Pavarotti La Skalada "Aida", Berlindəki Doyçe operada, San-Fransiskoda "Bohema" operalarında uğurla çıxış edir. 1992-ci ildə Pavarotti La Skala səhnəsində sonuncu dəfə "Don Karlos" operasında çıxış edir. Bu çıxış tənqidçilər tərəfindən neqativ qarşılanır və o bundan sonra La Skalada bir daha ifa etmir.

Ölümü

Luçano Pavarotti 2007-ci il 6 sentyabr, 71 yaşında, xərçəng xəstəliyindən Modenadakı evində vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Luçano Pavarotti haqqında məlumat. Luçano Pavarotti nədir? Luçano Pavarotti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sasseks Universiteti

  • Fevral 27, 2026

    İsa Səlimxanov

  • Fevral 27, 2026

    Tribosphenida

  • Fevral 27, 2026

    Səfəvi dövləti

  • Fevral 27, 2026

    Arvit

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst