Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bağırsaq trixomonadı(lat. Dientamoeba fragilis) — insan, donuz və qorillaların mədə-bağırsaq traktında mövcud olan tək hüceyrəli excavata. Bəzi insanlarda narah

Bağırsaq trixomonadı

  • Ana Səhifə
  • Vikipediya
  • Bağırsaq trixomonadı

Bağırsaq trixomonadı(lat. Dientamoeba fragilis) — insan, donuz və qorillaların mədə-bağırsaq traktında mövcud olan tək hüceyrəli excavata. Bəzi insanlarda narahatlığa səbəb ola bilir.

Bağırsaq trixomonadı
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Excavata
Tip:
Metamonada
Yarımtip:
Trichozoa
Ranqsız:
Parabasalia
Dəstə:
Trichomonadida
Fəsilə:
Monocercomonadidae
Cins:
Dientamoeba
Növ:
Bağırsaq trixomonadı
Beynəlxalq elmi adı
  • Dientamoeba fragilis
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  43840
NCBI  43352

Mündəricat

Morfoloji quruluşu

Bağırsaq trixomonadının bədən forması kürə və oxlovvari olub, uzunluğu 5–15 mkm-dir. Bədənin ön hissəsi qismən dəyirmi olub, qamçıya malikdir. Bədənin bir tərəfində onun bütün uzunluğu boyu qamçı formasında uzanan və bədənə nazik pərdə ilə birləşən titrəyici membran yerləşir. Membranı onun zəif hərəkəti zamanı görmək mümkündür. Bədənin ön hissəsinə yaxın tərkibində bir neçə xromatini olan kiçik qovuğabənzər nüvə vardır. Nüvə ilə bədənin ön kənarı arasında kinetosom yerləşir və ondan bilavasitə qamçılar çıxır. Öndən arxaya doğru uzanan bütün bədən üçün dayaq rolu oynayan aksostil yerləşir. Belə ehtimal olunur ki, endoosmotik yolla qidalanır. Çoxalması qeyri-cinsiyyətli yolla, uzununa bölünməklədir. Sista əmələ gəlməsi məlum deyildir. Bağırsaq trixomonadı insana yaxşı təmizlənməmiş tərəvəz və çirkli su ilə yoluxur. Parazit, əsasən, yoğun bağırsaqda yaşayır. Bakteriya və qismən eritrositlərlə qidalanır. İnsanda xəstəlik törətməsi məlum deyil. Nəcisdə vegetativ formada təsadüf edilir. Profilaktik tədbir olaraq ümumi gigiyena qaydalarına riayət etmək tələb olunur.

Ədəbiyyat

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı — 2008, 839 səh.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bağırsaq trixomonadı haqqında məlumat. Bağırsaq trixomonadı nədir? Bağırsaq trixomonadı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şəriət

  • Fevral 27, 2026

    VKontakte

  • Fevral 23, 2026

    Azərbaycan sufizmi

  • Fevral 27, 2026

    Karvansaray

  • Fevral 23, 2026

    Xristian esxatologiyası

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst