David Şukri oğlu Bakradze (gürc. დავით შუქრის ძე ბაქრაძე; 1 iyul 1972, Tbilisi) — Gürcüstanın dövlət xadimi və siyasətçisi.
| David Bakradze | |
|---|---|
| gürc. დავით ბაქრაძე | |
| |
Vəzifədədir | |
| 7 iyun 2008-ci ildən | |
| 22 aprel 2004 – 7 sentyabr 2007 | |
| 7 iyun 2008 – 21 oktyabr 2012 | |
| Əvvəlki | Nino Burcanadze |
| Sonrakı | David Usupaşvili |
| 31 yanvar 2008 – 5 may 2008 | |
| Sonrakı | Eka Tkeşelaşvili |
| Şəxsi məlumatlar | |
| Doğum adı | დავით ბაქრაძე |
| Doğum tarixi | |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | diplomat, siyasətçi, mühəndis |
| Dini | Gürcü Ortodoks Kilsəsi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
![]() | |
Həyatı
1 iyul 1972–ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur.
1994–cü ildə Gürcüstan Texniki Universitetini fərqlənmə ilə bitirmişdir. Həmin il Texniki Universitetin “Radiofizikanın nəzəri əsasları” ixitisası üzrə aspiranturasına daxil olmuşdur.
1995–1996–cı illərdə Gürcüstan – ABŞ Dövlət idarəçiliyi İnstitunda təhsil almışdır.
1997–2000–ci illərdə Gürcüstanın Xarici İşlər Nazirliyində tərk-silah etmə və silahlandırmaya nəzarət idarəsinin rəis müavini, rəisi olmuşdur.
2000–2002–ci illərdə Gürcüstan Xarici İşlər Nazirliyinin hərbi-siyasi departamentinin rəisinin müavini oldu.
2002–2003–cü illərdə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının apparatın rəhbərinin təhlükəsizlik məsələləri üzrə xidmətinin rəisi oldu.
2003–2004–cü illərdə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının apparıtında xarici-siyasi təhlükəsizlik və konfliktlər departamentinin rəisi oldu.
2004–cü ildə Milli Təhlükəsizlik Şurasının apparatının siyasi təhlükəsizlik departamentinin rəisi, iyun 2004–cü ildən Gürcüstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edildi.
2004–2007–ci illərdə Gürcüstan Parlamentinin üzvü, Parlamentdə Avropaya inteqrasiya komitəsinin sədri, iyul 2007–ci ildən Gürcüstanın konfliktli məsələlərin həlli üzrə Dövlət Naziri vəzifəsinə təyin edilmişdi.
24 yanvar 2008–ci ildən 5 may 2008–ci ilədək Gürcüstanın Xarici İşlər Naziri, 7 iyun 2008–ci ildən 21 oktyabr 2012–ci ilədək Gürcüstan Parlamentinin sədri olmuşdur.
Rus və ingilis dillərini bilir. Evlidir, iki övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, David Bakradze haqqında məlumat. David Bakradze nədir? David Bakradze nə deməkdir?
