Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Məhəmməd Musa ibn əl-Mehdi əl-Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎; 761 və ya 26 aprel 764 – 14 sentyabr 786, Bağdad) — 4-cü Abbasi xəlifəsi.

Hadi (xəlifə)

  • Ana Səhifə
  • Vikipediya
  • Hadi (xəlifə)

Əbu Məhəmməd Musa ibn əl-Mehdi əl-Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎; 761 və ya 26 aprel 764 – 14 sentyabr 786, Bağdad) — 4-cü Abbasi xəlifəsi.

Əl-Hadi
ərəb. موسى الهادي‎
ərəb. موسى الهادي بن محمد المهدي ابن أبي جعفر المنصور‎
Əl-Hadi dönəminə aid dirhəmlər
Əl-Hadi dönəminə aid dirhəmlər
4. Abbasi xəlifəsi
ƏvvəlkiƏl-Mehdi
SonrakıƏr-Rəşid
Şəxsi məlumatlar
Doğum tarixi 26 aprel 764
Vəfat tarixi 14 sentyabr 786 (22 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti
Fəaliyyəti siyasətçi, qubernator, Xəlifə
Atası Əl-Mehdi
Anası Əl-Xeyzuran bint Ata
Ailəsi Abbasilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir.

O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir. Güclü, qüvvətli və heybətli türklərdən təşkil edilən bu birliklər eyni zamanda İslamın paytaxt şəhərinə gələn yabançı elçiləri də heyrətdə qoyurdu. Onlar bu günün təbiri ilə bir şərəf bölüyü vəzifəsini görür beləcə imperiyanın həşmət və əzamətini əks etdirmiş olurdular. Hammad, isə əl-Mənsurun çevrəsində qısa zamanda özünü qəbul etdirən yetənəkli türklər arasında və ən güvəndiyi kimsələrdən biridir.

Əl-Hadinin xəlifəliyi dövründə baş sərkərdə Mübarək ət-Türki Həzrət Əlinin nəvələrindən Hüseyn ibn Əli Mədinədə baş qaldırdığı zaman (169/786), əmrindəki Türk birlikləri ilə bu üsyanı yatırmağa göndərilmişdir. Onun Abbasi dövlətinə xidməti sadəcə bundan ibarət deyildir. Daha sonra xəlifə onu üstün vəzifələrlə məiyyətiylə birlikdə Qəzvinə göndərmişdir. Mübarək burada dövlət nüfuzunu dirçəltməklə qalmamış, ayrıca bir qarnizon qurarak məiyətindəki türkləri bu qarnizona yerləşdirmişdir. Daha sonraları bura inkişaf etmiş, nəzarət altında məmur bir şəhər halına gəlmiş və bu yeni şəhər qurucusndan dolayı “Mədinə-i Mübarək” və ya “əl-Mübarəkiyyə” adıyla şöhrət tapmışdır.

Əl-Hadi 786-cı ildə vəfat edib.

Ailəsi

Xanımları

  • Lübabə bint Cəfər – əmisi Cəfər ibn Əl-Mənsurla xalası Salsal bint Atanın qızıdır.
  • Übeydə bint Qitrif – dayısı Qitrif ibn Atanın qızıdır.

Kənizləri

  • Əmətələziz – vəzir Rabi ibn Yunisin kölələrindəndir. Əl-Hadinin vəfatından sonra qardaşı Ər-Rəşidlə evlənmişdir.
  • Rəhimə – Cəfərin anasıdır.

Oğulları

  • Cəfər – əmisi xəlifə Ər-Rəşidin qızı Fatimə ilə evlənmişdir.
  • Abbas
  • Abdullah
  • İshaq
  • İsmayıl – əmisi xəlifə Ər-Rəşidin qızı Həmdunə ilə evlənmişdir.
  • Süleyman
  • Musa

Qızları

  • Ümmül-İsa – əmisi oğlu xəlifə Əl-Məmunla evlənmişdir.
  • Ümmül-Abbas

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hadi (xəlifə) haqqında məlumat. Hadi (xəlifə) nədir? Hadi (xəlifə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şvabiya (dairə)

  • Fevral 27, 2026

    Atlantik Pireney

  • Fevral 28, 2026

    Kinoşünaslıq

  • Fevral 27, 2026

    Personaj

  • Fevral 27, 2026

    Sarımsaq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst