Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

La-Şo-de-Fon (fr. La Chaux-de-Fonds) – İsveçrənin Nevşatel kantonunda yerləşən şəhər. Yura dağlarında dəniz səviyyəsindən min metr yüksəklikdə, Fransa ilə sərhə

La-Şo-de-Fon

  • Ana Səhifə
  • Vikipediya
  • La-Şo-de-Fon

La-Şo-de-Fon (fr. La Chaux-de-Fonds) – İsveçrənin Nevşatel kantonunda yerləşən şəhər. Yura dağlarında dəniz səviyyəsindən min metr yüksəklikdə, Fransa ilə sərhəddən bir neçə kilometrlik məsafədədir.

La-Şo-de-Fon
Bayraq Gerb
Bayraq Gerb
47°05′58″ şm. e. 6°49′46″ ş. u.HGYO
Ölkə
  •  İsveçrə
Tarixi və coğrafiyası
Sahəsi
  • 5.566 km²
  • 55,72 km² (2005)
Mərkəzin hündürlüyü 1.039 m, 997 m
Əhalisi
Əhalisi
  • 37.600 nəf. (2024)
Rəsmi dili
  • fransız dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +41 32
Poçt indeksi 2300, 2301
Nəqliyyat kodu NE
Digər
chaux-de-fonds.ch
Xəritəni göstər/gizlə
La-Şo-de-Fon xəritədə
La-Şo-de-Fon
La-Şo-de-Fon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Saat sənayesi

37 min əhalisi olan bu şəhər turizm baxımından əhəmiyyət daşımır. Ancaq Chevrolet markasının da meydana gəldiyi bu şəhərdə dünyanın ən bahalı saatları düzəldilir. Rolex, Patek Philippe və Omega da daxil olmaqla, bir çox məşhur saat markasının atelyeləri və mərkəzləri buradadır.

Bu firmalar La-Şo-de-Fonda qurulub və "saatın paytaxtı" olaraq İsveçrənin adını dünyaya tanıdıb.

1867-ci ildə Karl Marksın məşhur əsəri "Kapital"da söz açdığı "böyük fabrik-şəhər" məhz buradır. O, Cenevrədəki atelyelərin beş qatı qədər istehsal həyata keçirildiyi üçün sənayeləşmənin nümunəsi olaraq buranı göstərib.

Bu gün İsveçrə saat sənayesinin idari və bir çox baxımdan mənəvi paytaxtı sayılır. Şəhər küçələrində gəzərkən tikililərin girişləri, küçələrin genişliyi diqqət çəkir. XIX əsrdə salınmış bu küçələr atelyelər günəş işığı ilə aydınlansın deyə geniş götürülüb.

UNESCO 2009-cu ildə şahmat taxtasını xatırladan bu şəhəri Dünya Mədəniyyət İrsi siyahısına salıb. Atelyelərin bir qismi evlərə çevrilsə də, hələ də qapıları açıq kiçik dükanlarda ustalar saatların vacib detallarını hazırlayırlar.

Şəhərdə Beynəlxalq Saat Muzeyi fəaliyyət göstərir. Dünyanın ilk kvars saatı da buradadır.

1968-ci ildə şəhər əhalisinin yarıdan çoxu – 11 min nəfəri saat şirkətlərində işləyirdi. Saatlarda kvars kristallarından istifadə olunmağa başlandıqdan sonra 1975-ci ildə bu rəqəm yeddi minə enib. 1970-ci illərdə kvars minerallarından istifadə etməklə dəqiq saatların yaradılması İsveçrə saatlarının da dəyərini itirməsinə səbəb olub. Patek Philippe markasının sahibi Filipp Sternin saatda dəqiqliklə yanaşı, lüks və keyfiyyətə önəm verməsi bu tendensiyanı dəyişib və İsveçrə saat bazarı öz əzəmətini geri qaytarıb. Girard-Perregaux markasının istehsalı şəhərin böyük atelyelərindən birində həyata keçirilir. Kiçik atelyelərdə hazırlanan detallar saat ustaları tərəfindən burada birləşdirilir. Başqa bir otaqda isə bəzək işləri tətbiq edilir.

II Vilhelm 1880-ci ildə əsgərləri üçün bu markadan iki min saat sifariş verib.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, La-Şo-de-Fon haqqında məlumat. La-Şo-de-Fon nədir? La-Şo-de-Fon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Cənubi Pireney

  • Fevral 27, 2026

    Qiyasəddin Cəmşid

  • Fevral 27, 2026

    Tariq surəsi

  • Fevral 27, 2026

    E.ə. 496

  • Fevral 27, 2026

    Ksenofont

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst