Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Düzqanadlılar (lat. Orthoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Düzqanadlılar

  • Ana Səhifə
  • Vikipediya
  • Düzqanadlılar

Düzqanadlılar (lat. Orthoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Düzqanadlılar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Altıayaqlılar
Sinif:
Həşəratlar
Ranqsız:
Dicondylia
Yarımsinif:
Qanadlılar
Budaq:
Metapterygota
İnfrasinif:
Yeniqanadlılar
Koqorta:
Polineopteralar
Ranqsız:
Anartioptera
Maqndəstə:
Polyorthoptera
Dəstəüstü:
Orthopterida
Ranqsız:
Panorthoptera
Dəstə:
Düzqanadlılar
Beynəlxalq elmi adı
  • Orthoptera Olivier, 1789
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  102160
NCBI  6993
EOL  683
FW  

Mündəricat

Xarici quruluşu

Tam çevrilməyən cücülər arasında düzqanadlıların xüsusi yeri var. Bunlar çox iri və ya orta ölçülü olurlar. Başı sallanan və ya hətta çarpaz alınlı olub, az hallarda irəli yönəlmişdir, proqnatikdir. Ağız orqanları gəmiricidir. Gözləri iri, adətən ovaldır, üç gözcüyü olur. Bığcıqları uzanmış, əksər hallarda sapşəkilli və ya qılşəkilli, eləcə də qılıncşəkilli və ya sancaqşəkilli, nadir hallarda başqa formada olur. Bəzən gödək, 10-30 buğumlu, bəzi hallarda bədəndən uzun və ya bir qədər qısa olur (şalakimilər, sisəykimilər). Döşü iridir, orta və arxadöş kip birləşmişdir. Qanadları iki cütdür: ön cüt daha möhkəm və ensiz olub qanadüstünə çevrilmişdir. Uçuşda məhdud iştirak edir. Arxa qanadlar zarşəkillidir, sakit halda yelpik kimi yığılır. Qısa qanadlı və tamamilə qanadsız formaları da vardır. Ön ayaqları – adi, yeriyici, seyrək hallarda qazma funksiyası daşıyır. Şalalar və sisəylərin ön baldırında timpanal eşitmə orqanları yerləşmişdir. Arxa ayaqlar sıçrayıcıdır. Buna görə də düzqanadlıları bəzən sıçrayan cücülər də adlandırırlar. Qarıncığı uzanmış, silindrik, 10 buğumlu, serklidir. Aşağıdan qarıncıq 8 və 9 buğumlu görünür, çünki 1 və ya 2 sternit reduksiyaya uğramış olur. Bir çox çəyirtkəkimilərdə qarıncığın birinci seqmentinin yanlarında timpanal eşitmə orqanının dəliyi olur.

Həyat tərzi

Düzqanadlılarda çevrilmə tam deyil, sürfələr yaşlılara bənzəyir və onlarla bənzər şəraitdə yaşayırlar. Yumurtalar qrup halında və ya bir-bir torpağa və ya bitkilərin üzərinə, bəzən dənli bitkilərin kök çiminə qoyulur. Azərbaycan şəraitində illik sikl aşağıdakı kimi olur: yumurta fazasında qışlama, yazda sürfələrin çıxması, yayda onların inkişaf edib yaşlı fazaya çatması, sonra yetişib yumurta qoyması. Bu son faza payıza qədər davam edə bilir. Az miqdarda növlər (bəzi çəyirtkəkimilər, bütün sisəylər və danadişilər) sürfə və ya yaşlı fərd şəklində qışlayır. Cinsi yetkinlik dövründə əksər növlər cırıldayır; cırıldama və ya stridulyasiya ayrı-ayrı fəsilələr, fəsiləüstlüləri və cinslər üçün səciyyəvi olan bir çox üsullarla yerinə yetirilir. Cütləşmə spermatofor mayalanma ilə müşayiət edilir. Spermatoforlar müxtəlif olub, çox vaxt fəsilə, yarımfəsilə və cins üçün səciyyəvi olur. Düzqanadlılar əsasən bitkiyeyəndir, növlərin bir hissəsi yırtıcı və ya qarışıq qidalanır. Bəzi çəyirtkəkimilər, qismən şalakimilər və ya sisəykimilər fərdlərin məcburi toplanması zamanı sürü fazası və ya forması əmələ gətirirlər. Bu, adi yalqız fazadan sürü həyat tərzi, başqa rəng və digər morfoloji əlamətlərlə fərqlənir (Bey-Biyenko, 1980).. Zoocoğrafi baxımdan düzqanadlılar Azərbaycanda xüsusi səciyyə daşıyır. Haqverdiyevin (1967) məlumatına görə, 92 növ düzqanadlıdan 38-i aralıqdənizi qrupuna aiddir, 7-i Talış endemiki, 7-i Turan növü, 4-ü İran növü, 1 tropik və 1 boreal növ, 3-ü Zuvand endemikidir. Hirkan-Talış endemiklərinə Isophia caspica Stsh. Mir., Euconocerus iris B.-Bienko, Paradrymadusa pastuchovi Uv., Pholiocoptera angustae Tarb. aiddir. Isophia schneideri Br.W., Isoimon riabivi Uv., Leptophyes trivittata B.-Bienko, Decticus verricucivorus annaelisae Ramme, Paracryptera microptera transcaucasica Uv., Euchorthippus transcaucasicus Tarb., Celes variabilis carbonarius Uv. Qafqaz endemikləridir. Paradrymadusa viridipennis Stsh., Bufo nocardus tumulosus Mitsch., Omocestus znojkoi Mitsch; Gryllus maculatus Dog. tropik, Stauroderus scalaris F.W. boreal növdür. Nadir növlər də vardır. Bunlardan Qafqaz izofisi (Isophia schneideri Br.W.), medektikus sisəyi (Medecticus assimilis Fieb.), Şoxi çəyirtkəsi (Oedipodaschochii Sauss.) və b. göstərmək olar.

Yayılması

Dünyada məlum olan 20000-dən artıq növün 700-ü MDB-də rast gəlinir. Azərbaycanda 211 növ qeydə alınmışdır. Düzqanadlıların əksəriyyəti açıq biotoplarda məskunlaşır, yalnız az sayda növlər meşədə yaşayır. Müəyyən yerlərdə məskunlaşaraq, bir çoxları landşaftların səciyyəvi biotik elementini təşkil edir.Azərbaycan şəraitində, xüsusi halda Lənkəran zonasında (Talış) və İranın Xəzəryanı hissəsində yayılmışdır.

Yarımdəstələri

  • Ensifera — Uzunbığcıqlılar
  • Caelifera — Qısabığcıqlı düzqanadlılar

Ədəbiyyat

  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Düzqanadlılar haqqında məlumat. Düzqanadlılar nədir? Düzqanadlılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Roma imperatoru

  • Fevral 27, 2026

    Nilakanta

  • Fevral 27, 2026

    Fyodr Dostoyevski

  • Fevral 27, 2026

    Yəzd ostanı

  • Fevral 27, 2026

    Robert Skott

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst