Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adland

Gürcülər

  • Ana Səhifə
  • Vikipediya
  • Gürcülər

Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət.

Gürcülər
ქართველები
Kartvelebi
I Farnavaz
I Böyük Farsman
II Cəsur Farsman
I Qurdbaşlı Vaxtanq
IV Qurucu David
Şota Rustaveli
Böyük Tamara
Georgi Saakadze
VI Qanunverici Vaxtanq
Nikoloz Barataşvili
İlya Çavçavadze
Niko Pirosmani
İosif Stalin
Xviça Kvaratsxeliya
Ümumi sayı
5 - 7 milyon
Yaşadığı ərazilər
Gürcüstan Gürcüstan 3.661.173 (2002)
Rusiya Rusiya 197.934 (2002)
Ukrayna Ukrayna 34.199 (2001)
Azərbaycan Azərbaycan 14.877 (1999)
Türkiyə Türkiyə 91.500-1.500.000
Dili

Gürcü dili və Kartvel dilləri

Dini

Xristianlıq
Şərq Ortodoks Kilsəsi
Gürcü Ortodoks Kilsəsi
İslam

Qohum xalqlar

Lazlar, Svanlar, Meqreller

Mündəricat

Etnonimləri

Gürcülər özünə kartveli (gürc. ქართველი; cəm forması kartvelebi gürc. ქართველები), Gürcüstana Sakartvelo (gürc. საქართველო), gürcü dilinə isə kartuli (gürc. ქართული) deyirlər.

Formalaşması

Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi. Bu üç dil Kartuli dilindən gəlməkdədir. Kartveli tayfalarından tək bir Kartveli xalqının meydana gəlməsi uzun bir müddətdə reallaşmışdır. Bu formalaşmada başqa xalqlar və tayfalar da iştirak etmişdir. Onlar müxtəlif səbəblərdən Kartveli tayfalarının yaşadığı torpaqlarda yaşayırdılar və zamanla gürcüləşirdilər.

Məskunlaşma və say

2002-ci ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə Gürcüstanda gürcülərin sayı 3661,2 min nəfər, 1999-cu ildə Azərbaycanda isə 14,9 min nəfər təşkil etmişdir. Bunların 12 000 nəfəri gürcülərin bir subetnik qrupu olan ingiloylardır.

Türkiyədə yaşayan gürcülərin sayı haqqında 70 mindən 1 milyonadək müxtəlif rəqəmlər söylənilir. Ancaq 120–150 min rəqəmi daha inandırıcı sayılır. Türkiyədə yaşayan gürcülər 19-cu yüzildə indiki Gürcüstan ərazilərində müsəlman gürcülərin yaşadıqları torpaqlar Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra Türkiyəyə köçmüşlərin törəmələridir. Rusiyada yaşayan gürcülərin sayının isə 1 mln. olduğu ehtimal edilir. Rusiyaya ilk gürcü köçləri hələ orta əsrlərdə baş vermişdi. Daha sonra gürcü hakimlərinin Osmanlıya və Qacarlıya qarşı Rusiyaya sığınma siyasətlərindən dolayı köçlər daha da artmışdı. Hazırda Rusiyada yaşayan gürcülərin çoxusu başlıca olaraq 1990-cı illərdə işsizlikdən dolayı köç edənlərdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gürcülər haqqında məlumat. Gürcülər nədir? Gürcülər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Qazaxıstan

  • Fevral 23, 2026

    Stokholm

  • Fevral 24, 2026

    X Frederik

  • Fevral 23, 2026

    13 yanvar

  • Fevral 18, 2026

    Norveç

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst