Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

La Skala (it. Teatro alla Scala yaxud La Scala) — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrı. Milanın Della Skala(it. Piazza della Scala) meydanında

La Skala

  • Ana Səhifə
  • Vikipediya
  • La Skala

La Skala (it. Teatro alla Scala yaxud La Scala) — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrı. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır.

La Skala
Ölkə  İtaliya
Şəhər Milan
Yerləşir Milan
Memar Cüzeppe Piyermarini
Sifarişçi Mariya Tereziya
Tikilmə tarixi 1776-1778
Üslubu barokko
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi sayt teatroallascala.org
45°28′03″ şm. e. 9°11′21″ ş. u.HGYO
Xəritə
La Skala (Milan)
Nöqtə
La Skala
Teatrın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
La Skala XIX əsr fotosunda
La Skala'nın tamaşaçı salonu

Mündəricat

Tarixi

La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778-ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının premyerası ilə açmışdır.

Teatrın tikintisinə o vaxtki qiymətlə 1 millyon lirə xərclənmiıdir. Bu məbləği şəhərin 90 aristokratı tərəfindən ödənilmişdir.

1943-cü ildə İkinci Dünya Müharibəsində dağıdılmış bina qısa bir müddətdə bərpa edilmiş və 11 may 1946-cı ildə istifadəyə verilmişdir.

2001–2004-cü illərdə opera teatrı akustik sistemlərin yeni standartlar səviyyəsində yenidən qurulması üçün təmirə bağlanır.

7 dekabr 2004-cü ildə opera qapılarını ilk açılışda olduğu kimi Antonio Saliyerinin (it. L’Europa riconosciuta operası ilə açır. 2000 dəvət olunmuş qonaqlar arasında demək olar ki Avropanın bütün monarxları ailə üzvüləri ilə birlikdə,Sophia Loren,Giorgio Armani olmuşdurlar.

Teatr mövsümünün açılışı hər il 7 dekabr Milan şəhərinin patronu sayılan yepiskop müqəddəs Ambrozinin (it. Sant'Ambrogio) ad gününə təsadüf edir.

Memarlığı

Bina yeni barokko üslubunda tikilmiş öz əvəzedilməz akustikası ilə seçilir. Tamaşa zalının bədii tərtibatı rahatlıq və akustikanın ciddi tələbinə uyğun qurulmuşdur. Opera teatrının binası 100 metr uzunluğa və 38 metr enə malikdir. Fasadının ortasında karetaların daxil olması üçün portal yerləşmişdir. Zal nal şəklində olub, beşqatlı hər biri 8–10 nəfərlik, bir biri ilə dəhlizlərlə əlaqəli olan 194 lojaya, bir kral lojasına və qalereyalara, bir o qədər də böyük olmayan səhnəyə malikdir. Əvvəllər işıqlanma şamlar hesabına olduğuna görə tamaşaçılar özlərini mum ərintisindən qorumaq üçün şilyapa və papaq qoymağa məcbur idilər. İstilik sistemi olmayan tamaşaçı salonu ağ, gümüşü və qızılı rənglərlə işlənilmişdir.

Premieralar

  • 2007: Teneke, Fabio Vacchi
  • 1988: Montag aus Licht, Karlheinz Stockhausen
  • 1984: Samstag aus Licht, Karlheinz Stockhausen
  • 1957: Dialogues of the Carmelites, Francis Poulenc
  • 1926: Turandot, Giacomo Puccini
  • 1924: Nerone, Arrigo Boito
  • 1904: Madama Butterfly, Giacomo Puccini
  • 1893: Falstaff, Cüzeppe Verdi
  • 1892: La Wally, Alfredo Catalani
  • 1889: Edgar, Giacomo Puccini
  • 1887: Othello, Cüzeppe Verdi
  • 1885: Marion Delorme, Amilcare Ponchielli
  • 1876: La Gioconda, Amilcare Ponchielli
  • 1870: Il Guarany, Carlos Gomes
  • 1868: Mefistofele, Arrigo Boito
  • 1845: Giovanna d'Arco, Cüzeppe Verdi
  • 1843: I Lombardi alla prima crociata, Cüzeppe Verdi
  • 1842: Nabucco, Cüzeppe Verdi
  • 1840: Un giorno di regno, Cüzeppe Verdi
  • 1839: Oberto, Conte di San Bonifacio, Cüzeppe Verdi
  • 1835: Maria Stuarda, Gaetano Donizetti
  • 1833: Lucrezia Borgia, Gaetano Donizetti
  • 1831: Norma, Vincenzo Bellini
  • 1829: La straniera, Vincenzo Bellini
  • 1827: Il pirata, Vincenzo Bellini
  • 1820: Margherita d'Anjou, Giacomo Meyerbeer
  • 1814: Il turco in Italia, Gioachino Rossini
  • 1813: Aureliano in Palmira, Gioachino Rossini
  • 1812: La pietra del paragone, Gioachino Rossini
  • 1778: Europa riconosciuta, Antonio Salieri

Xarici kecidlər

http://www.teatroallascala.org/

  1. SIRBeC (it.).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, La Skala haqqında məlumat. La Skala nədir? La Skala nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Palermo

  • Fevral 28, 2026

    Neodium

  • Fevral 27, 2026

    Cavanşir qalası

  • Fevral 27, 2026

    Arqun (çay)

  • Fevral 27, 2026

    Telamon

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst