Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Könül Kərimova (15 sentyabr 1968, Ağcabədi) — Azərbaycan müğənnisi, bəstəkar, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Könül Kərimova

  • Ana Səhifə
  • Vikipediya
  • Könül Kərimova

Könül Kərimova (15 sentyabr 1968, Ağcabədi) — Azərbaycan müğənnisi, bəstəkar, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Könül Kərimova
azərb. Könül Qəmbər qızı Kərimova‎
Ümumi məlumatlar
Doğum tarixi 15 sentyabr 1968 (57 yaş)
Doğum yeri Ağcabədi, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Partnyoru
  • Namiq Qaraçuxurlu
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20182018

Mündəricat

Həyatı

Könül Kərimova 1968-ci il 15 sentyabrda Ağcabədidə anadan olmuşdur. 1983-cü ildə Bakı şəhər 8 nörməli Musiqi təmayüllü gimnaziyaya daxil olmuşdur. Elə həmin ildə "Gənc istedadları axtarırıq" adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülmüşdür. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə dəvət almışdır. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olmuşdur.

1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə Baba Salahov adına "Araz" xalq çalğı ansamblı ilə əməkdaşlıq etmişdir.

Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Ailəlidir. Bir oğul və bir qız anasıdır.

Videoqrafiya

Say Klip
01 Bir Aləm
02 Mənimtək Sevənin Olmayacaqdır
03 Tənha
04 Cavanlıq Səhvi (duet Namiq Qaraçuxurlu)
05 Bu Gecə
06 Sizinlə Görüşə Gəldim
07 Sevdim Səni
08 Aşiqəm (duet Cavid)
09 Hind Mahnısı (duet Kamran Həsənli)
10 Nələr Oldu (duet Cabbar Musayev)
11 Lampalar (duet Cabbar Musayev, Kamran Həsənli)
12 Zülümkar
13 Dil Açarmı
14 Gizli-Gizli
15 Məni Də Gəl Apar Qurbanın Olum Ft. Dj Orxan Abbasov
16 Sənsiz
17 Sənə Görə
18 Qəm Eyləmə
19 Eşq
20 Vəfalı Yarım
21 Şükürlər Olsun

Filmoqrafiya

  1. Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)-rol: Könül
  2. Bəylik dərsi (film, 2007)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Könül Kərimova haqqında məlumat. Könül Kərimova nədir? Könül Kərimova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nurəddin Sadıqov

  • Fevral 27, 2026

    Sığorta müqaviləsi

  • Fevral 26, 2026

    Desemvirlər

  • Fevral 27, 2026

    Guloninae

  • Fevral 27, 2026

    Yayma

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst