Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kanto düzənliyi (yap. 関東平野) və ya Tokio düzənliyi (yap. 東京平野) — Yaponiyanın ən böyük düzənliyi, Honşu adasının şərqində, Sakit okean sahilində, Kanto regionunda

Kanto düzənliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Kanto düzənliyi

Kanto düzənliyi (yap. 関東平野) və ya Tokio düzənliyi (yap. 東京平野) — Yaponiyanın ən böyük düzənliyi, Honşu adasının şərqində, Sakit okean sahilində, Kanto regionunda yerləşir və region ərazisinin təqribən 40%–ini təşkil edir. Sahəsi 13 min km²–dir. Şimaldan cənuba 110 km, qərbdən şərqə 140 km məsafədə uzanır. Tektonik çökəklikdir. Vulkan külü ilə örtülmüş Pleystosen çöküntülərindən təşkil olunmuşdur. İqlimi rütubətli mülayimdir. Sıx çay şəbəkəsi var. Çayları (yap. 河川): Toneqava (yap. 利根川), Karasuqava (yap. 烏川), Vataraseqava (yap. 渡良瀬川), Omoiqava (yap. 思川), Kinuqava (yap. 鬼怒川), Taqava (yap. 田川), Kokaiqava (yap. 小貝川), Qoqyoqava (yap. 五行川), Tamaqava (yap. 多摩川), Akikava (yap. 秋川), Saqamiqava (yap. 相模川), Arakava (yap. 荒川), Edoqava (yap. 江戸川), Sumidaqava (yap. 隅田川), Kuciqava (yap. 久慈川) və Nakaqavadır[ing.]. Gölləri (yap. 湖沼): Kasumiqaura (yap. 霞ヶ浦), Kitaura (yap. 北浦), İnbanuma (yap. 印旛沼), Teqanuma (yap. 手賀沼), Uşikunuma (yap. 牛久沼) və Yanakakodur (yap. 牛久沼). Düzənliyin əksər çayları başlanğıcını şimalda və ya qərbdə yerləşən dağlardan götürür, şərqdə Sakit okeana və ya cənub–qərbdə Tokio körfəzinə tökülürlər. Çaylardan ən irisi (322 km) uzunluğuna görə ölkənin ikinci böyük çayı hesab edilən və şərqdə Sakit okeana tökülən Toneqavadır. Tez–tez zəlzələ olur. Kanto regionunda 1923–cü ildə baş vermiş zəlzələ (Rixter şkalası ilə 7.9 bal) nəticəsində Tokio şəhəri dağılmış, Tokio–Yokohama ərazisində təqribən 130–143 min insan həyatını itirmişdi. Yaponiyanın "əsas kənd təsərrüfatı bölgəsi, ən önəmli sənaye və urbanizasiya mərkəzi olan" Kanto regionunda əhalinin (42.607.376 nəfər; 2010) əksəriyyəti Kanto düzənliyində məskunlaşmışdır. Düzənliyin ərazisində Tokio (8.949.447 nəfər; 2010), Yokohama (3.689.603 nəfər; 2010), Kavasaki (1.425.678 nəfər; 2010), Saytama (1.222.910 nəfər; 2010), Çiba (962.130 nəfər; 2010), Saqamihara (717.561 nəfər; 2010), Funabaşi (609.081 nəfər; 2010), Haçioci (579.799 nəfər; 2010), Utsunomiya (511.296 nəfər; 2010), Kavaquçi (500.311 nəfər; 2010), Matsudo (484.639 nəfər; 2010), İçikava (474.926 nəfər; 2010), Maçida (426.827 nəfər; 2010), Yokosuka (418.448 nəfər; 2010), Fucisava (409.734 nəfər; 2010), Kaşiva (404.079 nəfər; 2010) kimi böyük və çox sayda daha kiçik şəhərlər yerləşir. Ümumiyyətlə, Kanto regionu əhalisinin 95.07%–i (40.505.386 nəfər; 2010) şəhərlərdə yaşayır.

Kanto düzənliyi
yap. 関東平野
Ümumi məlumatlar
Mütləq hündürlüyü 0 m
Eni 110 km
Uzunluğu 140 km
Sahəsi 13000 km²
Coğrafiyası
Çaylar Toneqava, Karasuqava,
Vataraseqava, Omoiqava,
Kinuqava, Taqava,
Kokaiqava, Qoqyoqava,
Tamaqava, Akikava,
Saqamiqava, Arakava,
Edoqava, Sumidaqava,
Kuciqava, Nakaqava.
Göllər Kasumiqaura, Kitaura,
İnbanuma, Teqanuma,
Uşikunuma, Yanakako.
Yerləşməsi
36° şm. e. 140° ş. u.HGYO
Ölkə  Yaponiya
Region Kanto
Vilayət Tokio, Saytama, Kanaqava,
Çiba, İbaraki, Qunma, Toçiqi.
Kanto düzənliyi xəritədə
Kanto düzənliyi
Kanto düzənliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərhlər

  1. Düzənliyin ərazisi ingilisdilli müvafiq elmi ədəbiyyatda (xüsusən ABŞ–da nəşr edilmiş) əsasən 13 min km² olaraq göstərilir; Bəzi mənbələrdə isə bu rəqəm 17.000 km² kimi göstərilmiş və ya qarışıqlıq yaranmışdır: məsələn ASE–nin V cildində "Yaponiya" məqaləsində düzənliyin ərazisi 17.000 km², "Kanto" məqaləsində isə 13.000 km² olaraq göstərilib.
  2. Bu zəlzələ nəticəsində dağıntılar altında qalaraq ölmüş insanların sayını 130.000, 140.000 və 143.000 nəfər göstərən müxtəlif mənbələr var.
  3. 1 oktyabr 2010–cu il siyahıyaalınmasına görə Tokio prefekturasında 13.161.751 nəfər, Saytama prefekturasında 7.194.957 nəfər, Kanaqava prefekturasında 9.049.500 nəfər, Çiba prefekturasında 6.217.119 nəfər, İbaraki prefekturasında 2.968.865 nəfər, Qunma prefekturasında 2.008.170 nəfər, Toçiqi prefekturasında 2.007.014 nəfər olmaqla Kanto regionunda cəmi 42.607.376 nəfər qeydə alınmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kanto düzənliyi haqqında məlumat. Kanto düzənliyi nədir? Kanto düzənliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qiyaməddinli

  • Fevral 27, 2026

    Tiyuldar

  • Fevral 27, 2026

    Kalmıklar

  • Fevral 27, 2026

    Kürə xanlığı

  • Fevral 27, 2026

    Paris-Dofin Universiteti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst