Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu (1 dekabr 1912, Şağan, Bakı qəzası – 13 aprel 1982, Bakı) — Azərbaycan astronomu, fizika-riyaziyyat elmləri doktoru, profes

Həbibulla Məmmədbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Həbibulla Məmmədbəyli

Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu (1 dekabr 1912, Şağan, Bakı qəzası – 13 aprel 1982, Bakı) — Azərbaycan astronomu, fizika-riyaziyyat elmləri doktoru, professor.

Həbibulla Məmmədbəyli
Həbibulla Cəfərqulu oğlu Məmmədbəyli
Doğum tarixi 1 dekabr 1912(1912-12-01)
Doğum yeri
  • Şağan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 13 aprel 1982(1982-04-13) (69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Həyat yoldaşı Səriyyə Fərəc qızı Məcidova
Atası Cəfərqulu bəy Məhəmmədbəyov
Anası Bəyim xanım Məhəmmədbəyova
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
İş yerləri
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Təhsili Leninqrad Dövlət Universiteti

Mündəricat

Həyatı

Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu 1912-ci il dekabrın 1-də Bakının Şağan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Cəfərqulu bəy Şağan kəndinin kəndxudası olmuşdur. Beş oğul və iki qız atası olmuşdur. Anası Bəyim xanım da bəy ailəsində doğulmuşdur. Cəfərqulu bəy 1937-ci repressiya qurbanı olmuşdur. 1956-cı ildə bəraət qazanmışdır. Harada dəfn olunduğu bilinmir.

O, vaxtlar xalq düşməni oğlu olmasına baxmayaraq Bakıda orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinə daxil olmuş və oranı bitirmişdir. Ali təhsili aldıqdan sonra Bakıya qayıtmış, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda dərs demişdir. Azərbaycan, rus, alman dillərini mükəmməl bilirdi, ərəb və fars dillərindəki ədəbiyyatı sərbəst surətdə araşdıra bilirdi.

1946-cı ildə Azərbaycan Tibb İnstitunu bitirmiş Səriyyə Fərəc qızı Məcidova ilə ailə həyatı qurmuşdur. İki oğul və bir qızları olmuşdur.

Elmi yaradıcılığı

Həbibulla Məmmədbəylinin fəaliyyətinin bir hissəsi Nəsirəddin Tusi irsinin araşdırılmasına həsr edilmişdir. Alim Nəsirəddin Tusinin astronomiya və riyaziyyat elmləri sahəsindəki xidmətlərini geniş şəkildə işıqlandırmışdır. Tədqiqatçı yazır ki, Nəsirəddin Tusinin təsis etdiyi Marağa rəsədxanasında coğrafi koordinatlar cədvəli tərtib edilmiş və bu cədvəlin coğrafiya elminin inkişafında böyük, Amerikanın kəşfində isə müəyyən dərəcədə əhəmiyyəti olmuşdur.

Uzun illər dövlət televiziyasının elmi şərhçisi kimi çalışmışdır. Elmin bir çox sahələri ilə məşğul olmuşdu. Onlarca elmi, populyar kitabların müəllifidir.

Həbibulla Məmmədbəyli 1963-cü ildə Praqada keçirilən Beynəlxalq Astronomiya Konqressində Beynəlxalq Astronomiya Birliyinin həqiqi üzvü seçilmişdir.

Əsas elmi əsərləri

  • Astronomiya (qısa kurs) Az. SSR XMK nəşri, Bakı, 1941
  • Астрономическая памятка бойцу. Баку, АГУ, 1943.
  • Mühəmməd Nəsirəddin Tusi, Gənclik, Bakı, 1957, 154 s.
  • Основатель Марагинской обсерватории Насирэддин Туси, Баку, 1961, 316 с.
  • Mühəmməd Nəsirəddin Tusi, Gənclik, Bakı, 1968, 228 s.
  • Tarixləri çevirmək üçün sinxronik cədvəllər (Azərbaycan, rus, özbək, tacik, türk, ingilis, ərəb və fars dillərində” “Elm”, Bakı, 1972.
  • Mühəmməd Nəsirəddin Tusi, Gənclik, Bakı, 1980, 175 s.
  • Мухаммед Насирэддин Туси, Баку, 1981.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həbibulla Məmmədbəyli haqqında məlumat. Həbibulla Məmmədbəyli nədir? Həbibulla Məmmədbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məcnun

  • Fevral 24, 2026

    20 mart

  • Fevral 27, 2026

    Kubrat xan

  • Fevral 27, 2026

    Qazaxyolçular

  • Fevral 28, 2026

    Moldavan dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst