Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oda Nobunaqa (yapon織田 信長) 23 iyun 1534, Şobata qəsri[d] – 21 iyun 1582, Honnoci[d]) — Yaponiyanın birləşdirilməsi üçün böyük işlər görmüş Orta əsrlər yapon sərk

Oda Nobunaqa

  • Ana Səhifə
  • Vikipediya
  • Oda Nobunaqa

Oda Nobunaqa (yapon織田 信長) 23 iyun 1534, Şobata qəsri[d] – 21 iyun 1582, Honnoci[d]) — Yaponiyanın birləşdirilməsi üçün böyük işlər görmüş Orta əsrlər yapon sərkərdəsi.

Oda Nobunaqa
yap. 織田 信長
Şəxsi məlumatlar
Doğum adı 吉法師
Doğum tarixi 23 iyun 1534(1534-06-23)
Doğum yeri
  • Şobata qəsri[d]
Vəfat tarixi 21 iyun 1582(1582-06-21) (47 yaşında)
Vəfat yeri
  • Honnoci[d], Kioto, Kioto prefekturası, Yaponiya
Vəfat səbəbi harakiri
Dəfn yeri
  • Honnoci məbədi[d]
Vətəndaşlığı
  • Yaponiya
Atası Oda Nobuhide[d]
Hərbi fəaliyyəti
Rütbəsi
  • Daymyo
Döyüşlər
  • Honnoci məbədində insident[d]
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaponiyada 34 il yaşamış və dəfələrlə Oda Nobunaqa ilə qarşılaşmış portuqaliyalı missioner Luiş Froiş, onu barəsindəki təəsuratı belə təsvir edir: " Bu orta boylu, incə quruluşlu, seyrək bığlı və məlahətli səsi olan adam idi. O şöhrətsevər və təkəbbürlü idi, lakin ədaləti sevirdi, kim tərəfindən olsa da təhqiri cavabsız qoymazdı. Eyni zamanda çox istiqanlı və mərhəmətli idi. Az yatırdı. Tez oyanırdı. Gözü tox idi. Həmişə gizli hərəkət edərdi. Hərbi işdə çox çevik və bacarıqlı, hirslənəndə səbirsiz, lakin tez soyuyan idi. O demək olar ki heç vaxt təbəələrinin məsləhətlərinə qulaq asmazdı. Ondan çox qorxsalar da hamı hörmət edərdilər. Çaxır içməzdi, yeməkdə tələbkar deyildi, davranışda çox sadə idi. Yapon imperatorlarına və knyazlarına nifrət edərdi, heç bir tanrını və bütləri tanımırdı, heç bir oncəgörmələrə və mövhumata inanmırdı. Və özü də buddist Nittiren təriqətinə mənsub olmağına baxmayaraq, nə tanrıya, nə əbədi ruhlara, nə də axirətə inanmırdı.

Həyatı və fəaliyyəti

1551 ildə, 42 yaşlı atası Oda Nobuhideni itirəndə, Oda Nobunaqanın 18 yaşı tamam oldu və o feodal evin və Ovari əyalətinin böyük hissəsinin mülkədarı oldu. Bu yeni keyfiyətdə təsdiq olunmaq üçün öz atasının düşərgəsindən olan, o cümlədən öz kiçik qardaşı Nobuyuki daxil, mümkün rəqiblərini soyuqqanlıqla öldürdü. O yeddi il ərzində feodal Oda soyadının nümayəndələri məhv olana qədər şiddətli mübarizə apardı. Bundan sonra Nobunaqa bütün Ovari əyalətini özünə tabe etdi. O Naqoya qəsrindən Kiyösu qəsrinə köçərək buranı öz mülklərinin mərkəzi edir. Oda Nobunaqanın öz klanına qarşı belə qəddarlığı, qonşu klanların canına qorxu salır. Onun qonşularından biri Sayto Dosan onu "qorxulu insan və olduqca təhlükəli və xoşagəlməz qonşu" adlandırır.

Bu vaxt gənc Toyotomi Hideyösi Oda Nobunaqanın qulluğuna girir və tezliklə yüksələrək Nobunaqanın qoşun hissələrinin birinə komandanlıq edir və nəhayət samuray dərəcəsinə yüksəlir, yəni hərbi-zadəgan zümrəsinə aid edilir.

Ədəbiyyat

  • А. А Искендеров. Тоётоми Хидэёси. Глава четвертая Ода Нобунага 2014-06-27 at the Wayback Machine
  • [2]https://darthgamer.com/
  • [3]https://mobileius.com/
  • [4]https://www.andromama.com/

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oda Nobunaqa haqqında məlumat. Oda Nobunaqa nədir? Oda Nobunaqa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Pol Rusesabacina

  • Fevral 24, 2026

    Alüminium

  • Fevral 24, 2026

    Kövkəb Səfərəliyeva

  • Fevral 24, 2026

    Burqas

  • Fevral 24, 2026

    Salman Rüşdi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst