Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaradağlılar — Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan

Qaradağlı eli

  • Ana Səhifə
  • Vikipediya
  • Qaradağlı eli

Qaradağlılar — Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan biri olmuşdurlar. Hal-hazırda əsasən eyni adlı Qaradağ vilayətində yaşamaqdadırlar. Onların mütləq əksəriyyəti şiədir və Azərbaycan türkcəsinin Qaradağ ləhcəsində danışmaqdadırlar. Qaradağ ləhcəsi Azərbaycan türkcəsinin ən saf ləhcələrindən biri hesab edilir. 75.000-80.000 arası saylarının olduğu müəyyən edilir. Qacar sülaləsinin Rusiya ilə olan müharibələrindən sonra Cənubi Qafqazda yaşayan Qaradağlı tayfasının bəzi nümayəndələri Araz çayının cənubuna köçüb yenidən Qaradağda məskunlaşmışdır.

Qaradağlılar
Ümumi sayı
75 000-80 000
Yaşadığı ərazilər
 Azərbaycan
 İran
Türkiyə Türkiyə
Dini

Şiə (İslam)

Mənşəyi
Türk
Qohum xalqlar

Türk xalqları

Mündəricat

Haqqında

Qaradağlılar müasir İranda Türkman yatağı deyilən, Araz çayının cənubunda yerləşən, tayfa ilə eyni adı daşıyan Qaradağ vilayətində yaşayan türk tayfalarından biridirlər. Qaradağ adı Azərbaycan türkcəsində böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Bu sözün sonuna lı şəkilçisi əlavə olunmaqla tayfanın adı meydana çıxmışdır.

Tarixçi Ənvər Çingizoğlu Qaradağlı tayfasını Səfəvi imperiyasının qurulmasında iştirak edən əsas tayfalardan biri kimi göstərməkdədir. Onun yazdıqlarına görə, tarixi qaynaqlarda həm də Qaradağ sufiləri adlandırılan tayfa hələ Şeyx Heydərin müridləri arasında özlərinə yer tapmışdılar. Qaradağlı elinin oymaqları Səfəvilər dönəmində ölkənin bir çox ərazisinə yayıldılar. Qaradağlılar 1628-ci ildə də əsas Qızılbaş tayfalarından biri kimi göstərilmişdir. Tarixçi Oqtay Əfəndiyev yazır:

Deməli, İsmayıl Azərbaycan hüdudlarını tərk edərək Kiçik Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli, zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları çəkilir.

Mədəniyyətləri

Qaradağlıların yaşadığı Qaradağ bölgəsi dağlıqdır. Buranın şimal-şərqi şahsevənlərin köç yerlərindən biridir. Coğrafi vəziyyətin əlverişliliyinə görə köhnə feodal həyat tərzi müəyyən qədər qorunub saxlanmışdır. Hal-hazırda qaradağlılar əsasən oturaq həyat yaşamaqdadırlar və çaylar, dərələr boyunca yerləşib əkinçiliklə məşğul olurlar. Meyvəçilik və ipəkçilik inkşaf etmişdir.

Qaradağlıların yaşam tərzləri Azərbaycan türklərinin bir digər tayfalarından olan şahsevənlərlə çox oxşarlıq təşkil etməkdədir. Qaradağda danışılan Azərbaycan türkcəsi ən saf türkcə hesab edilməkdədir. Pəhləvi sülaləsi dövründə onlara məcburi şəkildə fars dili öyrədilmişdir.

Məşhur simaları

  • Ənsar xəlifə Qaradağlı
  • Şahverdi xan Qaradağlı
  • Söhrab bəy Qaradağlı
  • Mürşüdqulu sultan Qaradağlı
  • Fərruxzad bəy Qaradağlı
  • Məhəmməd bəy Qaradağlı

Həmçinin bax

  • Qaradağ vilayəti
  • Qaradağlılar (kitab)
  • Qaradağ tayfaları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaradağlı eli haqqında məlumat. Qaradağlı eli nədir? Qaradağlı eli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məmməd Orucov

  • Fevral 10, 2026

    Bakalavr

  • Fevral 23, 2026

    22 avqust

  • Fevral 27, 2026

    Kolluq atlanqaçı

  • Fevral 27, 2026

    6 (ədəd)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst