Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Franko Zeffirelli (it. Franco Zeffirelli, əsl adı Canfranko Korsi, it. Gianfranco Corsi; 12 fevral 1923, Florensiya) — İtaliya rəssamı, rejissor, prodüser, ssen

Franko Zeffirelli

  • Ana Səhifə
  • Vikipediya
  • Franko Zeffirelli

Franko Zeffirelli (it. Franco Zeffirelli, əsl adı Canfranko Korsi, it. Gianfranco Corsi; 12 fevral 1923, Florensiya) — İtaliya rəssamı, rejissor, prodüser, ssenarist. İki dəfə "Oskar" mükafatına namizəd olub, BAFTA mükafatına layiq görülüb, beş dəfə David di Donatello, iki dəfə Emmi mükafatlarını alıb.

Franko Zeffirelli
it. Franco Zeffirelli
Doğum adı Canfranko Korsi
Doğum tarixi 12 fevral 1923(1923-02-12)[…]
Doğum yeri
  • Florensiya, İtaliya krallığı[…]
Vəfat tarixi 15 iyun 2019(2019-06-15)[…] (96 yaşında)
Vəfat yeri
  • Roma, Latsio, İtaliya
Vəfat səbəbi xəstəlik
Milliyyəti italyan
Vətəndaşlığı İtaliya İtaliya
Uşağı 2
Fəaliyyəti Rejissor, ssenarist, prodüser, aktyor
Fəaliyyət illəri 1950–1999
Təhsili
  • Florensiya Universiteti
Mükafatları "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru — 2004 Gold Medal of the Italian Order of Merit for Culture and Art "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi — 1995 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük zabit dərəcəsi
IMDb ID0001874
francozeffirelli.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Canfranko Korsi Zeffirelli 1923-cü ildə Florensiyada anadan olmuşdur. 6 yaşı olarkən, onun anası vəfat edir və Franko Britaniya diasporunun hamiliyi ilə böyüyür. Məhz orada o, Skorpioni ilə tanış olur və bu, illər sonra – 1999-cu ildə onu "Mussolini ilə çay" filmini çəkməyə sövq edir.

İkinci dünya müharibəsi zamanı o, partizan olmuşdur. Müharibədən sonrakı illərdə Florensiya Universitetində incəsənət və memarlıq kimi sahələri öyrənir. 1945-ci ildə daha çox teatra diqqət ayırmağa başlayır. Beləcə o, Florensiya teatrlarının birində səhnə tərtibatçısı kimi çalışmağa başlayır. Orada rejissor Lukino Viskonti ilə tanış olur və 1948-ci ildə onun çəkdiyi "Yer titrəyir" (La Terra trema) filmində rejissor köməkçisi kimi çalışır.

Lukino Viskonti ilə işləmək Zeffirellinin kinoya həvəsini daha da artırır. O, eləcə də Vittorio de Sika və Roberto Rossellini kimi nüfuzlu rejissorlarla da çalışmağa müvəffəq olur. 1960-cı illərdə London və Nyu-York kimi böyük şəhərlərdə bir neçə xüsusi pyesə quruluş verən Zeffirelli tezliklə öz yolunu bütünlüklə kinematoqrafiyaya yönəldir.

Rejissorun kino sahəsində debütü 1967-ci ildə çəkdiyi "Tərsin yola gətirilməsi" filmi olur. O, bu filmin baş rollarına Elizabet Teylor və Riçard Barton kimi aktyorları çəkir. Amma əsl müvəffəqiyyəti bir il sonra – 1968-ci ildə "Romeo və Cülyetta" filmi ilə qazanır. Bu film çəkildiyi gündən dünyada böyük maraqla qarşılanır. Zeffirelli bu filmdən sonra 12 gözəl ekran nümunəsi ərsəyə gətirsə də, onların heç biri "Romeo və Cülyetta"nın uğurunu təkrar edə bilmir.

Filmoqrafiya

Rejissor fəaliyyəti

  1. İnadkarın ram edilməsi (film, 1967) / The Taming Of The Shrew
  2. Romeo və Cülyetta (film, 1968) / Romeo and Juliet
  3. Qardaşı Günəş, bacısı Ay (film, 1972) / Brother Sun, Sister Moon
  4. Nazaretli İsa (film, 1977) / Jesus of Nazareth
  5. Çempion (film, 1979) / The Champ
  6. Sonsuz məhəbbət (film, 1981) / Endless Love
  7. Klounlar (film, 1982) / Pagliacci
  8. Traviata (film, 1983) / La Traviata
  9. Otello (film, 1986) / Otello
  10. Hamlet (film, 1990) / Hamlet
  11. Sərçə (film, 1993) / Sparrow
  12. Ceyn Eyr (film, 1996) / Jane Eyre
  13. Mussolini ilə çay (film, 1999) / Tea With Mussolini
  14. Əbədi Kallas (film, 2002) / Callas Forever

Ssenarist fəaliyyəti

  1. İnadkarın ram edilməsi (film, 1967) / The Taming Of The Shrew
  2. Traviata (film, 1983) / La Traviata
  3. Hamlet (film, 1990) / Hamlet
  4. Sərçə (film, 1993) / Sparrow
  5. Ceyn Eyr (film, 1996) / Jane Eyre
  6. Mussolini ilə çay (film, 1999) / Tea With Mussolini

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Franko Zeffirelli haqqında məlumat. Franko Zeffirelli nədir? Franko Zeffirelli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 13, 2026

    Braziliya

  • Fevral 23, 2026

    Qaraçay-Çərkəz Respublikası

  • Fevral 27, 2026

    Bretan

  • Fevral 27, 2026

    Cüyürlər

  • Fevral 27, 2026

    Pir (əsər)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst