Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Atlantika püstəsi (lat. Pistacia atlantica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü. IUCN

Atlantika püstəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Atlantika püstəsi

Atlantika püstəsi (lat. Pistacia atlantica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" – NT. Azərbaycanın nadir növüdür.

Atlantika püstəsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Anakardiumkimilər
Yarımfəsilə:
Anacardioideae
Cins:
Püstə
Növ:
Atlantika püstəsi
Beynəlxalq elmi adı
  • Pistacia atlantica Desf.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506466
NCBI  434234
EOL  483508

Mündəricat

Arealı

Rusiya, Türkiyə, İraq və İranda təbii arealı vardır.

Təbii ehtiyatı

Azərbaycanda təbii ehtiyatı çox deyildir.

Botaniki xarakteristikası

Təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür. Gövdəsinin üzəri bozumtul qabıqla örtülmüşdür. Bitkinin yaşlı budaqlarının rəngi bozumtul, cavan zoğlarının rəngi isə qırmızımtıl olur. Bitkinin yarpaqcıqları yumurtaşəkilli olub, küt ucludur, bə¬zən azca sivri ucu olan yarpaqcıqlara da rast gəlmək mümkündür. Yarpaqları tək lələkvaridir. Yarpaqları 3-7 yarpaqcıqdan əmələ gəlmişdir. Yarpaqcıqları tam kənarlı, üst hissəsi tünd, alt hissəsi açıqyaşıl rəngdədir. İkievli bitkidir – erkək və dişi çiçəkləri yarpaq qoltuqlarında süpürgəşəkilli çiçək qrupunda yerləşir. Meyvəsi 4-6 sm uzunluğunda, 3-4 sm enində olur. Dəniz səviyyəsindən 700–1500 m yüksəkliklərə qədər yayıla bilir. 15 m-ə qədər hündürlüyündə, kürəvari çətirli ağacdır. Yarpağı mürəkkəb təklələkvari, yarpaqcıqları yumurtavari, oturaq, küt və ya ucdan azacıq sivriləşmiş, tamkənarlı, üstdən tünd-yaşıl parlaq, alt hissədən açıq rənglidir. İkievlidir, çiçəkləməsi yarpaqlamadan qabaqdır. Çiçəkləri sıx süpürəvari çiçək qrupunda yerləşir, xırda və tutqundur. Erkək çiçək qrupu daha sıx və sallaq olur. Meyvələri quru çəyirdək olub, tərs-yumurtavari formalı, yaşıldır, üstü sıx, bənövşəyi, qırmızı örtüklüdür. Meyvələri sallaq süpürgələrdə xeyli qaır.

Çoxalması

Təbiətdə generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Park və bağlarda tək-tək rast gəlinir.

Qəbul edilmiş qoruma tədbirləri

Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmiş və milli park və dövlət qoruqlarında qorunur.

Zəruri qoruma tədbirləri

Yeni mühafizə sahələrinin yaradılması zəruridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Aprel ayında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Toxumları və kötük pöhrələri ilə artır. Quraqlığa davamlı, işıqsevən və torpağa tələbkar bitkidir. Quru dağ yamaclarının meşələşdirilməsində və düzən rayonlarında qoruyucu meşə zolaqlarının salınmasında istifadə oluna bilən bitkidir.

Azərbaycanda yayılması

Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. İşıqlı quru yamaclarda yayılmışdır. Kür-Araz ovalığı və Xəzəryanı ovalıqda, Böyük Qafqazın Quba hissəsi, Kiçik Qafqazın bütün rayonları, Qobutan, Kür və Naxçıvan düzənliyi, Bozqır yaylası, Naxçıvanın dağlıq hissəsi.

Statusu

Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv).

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpasının ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

Ağacların qırılması və mal-qara tərəfindən otarılması.

Mühafizə tədbirləri

Türyançay Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Qarabağ düzünün Sultanbud təpəsi ətrafında olan seyrək püstə meşəsinin yasaqlıq kimi mehafizəsinə ehtiyac vardır.

Sinonimləri

Homotipik sinonimləri

  • Pistacia choulettei Gand.
  • Terebinthus atlanticus (Desf.) Dum.Cours.

Heterotipik sinonimləri

  • Lentiscus atlantica Kuntze
  • Lentiscus mutica (Fisch. & C.A.Mey.) Kuntze
  • Pistacia atlantica subsp. cabulica (Stocks) Rech.f.
  • Pistacia atlantica subsp. cypricola H.Lindb.
  • Pistacia atlantica var. latifolia DC.
  • Pistacia atlantica subsp. mutica (Fisch. & C.A.Mey.) Rech.f.
  • Pistacia atlantica f. oxycarpa Zohary
  • Pistacia cabulica Stocks
  • Pistacia chia Desf.
  • Pistacia mutica Fisch. & C.A.Mey.
  • Pistacia mutica subsp. cabulica (Stocks) Engl.
  • Pistacia mutica var. cypricola (H.Lindb.) H.Lindb.
  • Pistacia mutica f. multijuga Engl.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Atlantika püstəsi haqqında məlumat. Atlantika püstəsi nədir? Atlantika püstəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cəlairilər sultanlığı

  • Fevral 27, 2026

    Hacılar oymağı

  • Fevral 25, 2026

    Antropomorfizm

  • Fevral 27, 2026

    Mədən

  • Fevral 27, 2026

    Gürcü yazıları

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst