Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraxanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublik

Qaraxanlı (Tovuz)

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraxanlı (Tovuz)

Qaraxanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun faktiki mövcud olan Qaraxanlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Qaraxanlı kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraxanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.

Qaraxanlı
41°02′13″ şm. e. 45°38′56″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.252 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6030
Qaraxanlı xəritədə
Qaraxanlı
Qaraxanlı

Mündəricat

Toponimikası

Etnotoponimdir. Qaraxanlılar orta türk dövründə Qərbi Türküstanda yaranmış ən qüvvətli tayfa birliyi olmuşdur. Əsasən karluq və uyğurlardan ibarət idi. Bu tayfalar birləşərək 940-cı ildə Kaşqarın mərkəzində Qaraxanlılar dövlətini yaratmış, ilk hökmdan Əbdülkərim Satuk Buğra Qaraxan (940–955) olmuşdur. Tovuzda məskunlaşmış qaraxanlılar yerli oğuzlara nə qədər qaynayıb-qarışsalar da, yenə də öz ilkinliklərini qoruyub saxlamışlar.

Tarixi

Qaraxanlı kəndinin yaranması və adlandırılması ilə bağlı müxtəlif versiyalar möcuddur. Belə ki, tarixin dərinliklərində Qaraxanlı toponiminə çox rast gəlinir. Bu toponimlərə hazırkı Ağcabədi rayonunda, Kəlbəcərdə, Təbriz yaxınlığında rast gəlmək olar. Tarixdə isə bu toponimə 840–1212-ci ildə paytaxtı Kaşğar şəhəri olan Qaraxanilər imperatorluğu kimi tanınan türk-müsəlman dövləti aid edilir. Bu ad özlüyündə türk dilində səslənir ki, bu da həmin toponimə aid olan insanların türk soylu olması ilə izah edilir. Bildiyimiz kimi, Azərbaycanın tarixi və hazırkı ərazisində yaşayan müxtəlif etnik qruplar əsasən türk soyludurlar və qaraxanlılar da belə türkdilli tayfalardan biri olan ayrım tayfasının bir qolu kimi nəzərdən keçirilə bilər. Tovuz rayonunun Qaraxanlı kəndi Tovuzun Əmirli elinə aid edilən bir neçə kənddən biridir və həmin kəndlər kimi (Əmirli eli – Bozalqanlı, Əlimərdanlı, Səmədbəyli, Mansırlı, Qaraxanlı, Xatınlı, Qədirli, Cilovdarlı, Mülkülü) ötən əsrin əvvəllərində Kürqırağı boyunca sıralanmaqla çox sıx sosial-mədəni birlikdə yaşayırdılar. Bu isə Əmirlilər arasında ümumi dialektin, vahid şivənin (ləhcənin), eləcə də, məişətin, digər mənəvi dəyərlərin ümumiliyinə gətirib çıxarmışdır. Heç təsadüfi deyil ki, məhz bunun nəticəsidir ki, adları çəkilən bu kəndlərin əhalisı arasında indi də bir doğmalıq hiss olunmaqdadır.

Əmirlilər öz milliliyi, türklüyü, mübarizliyi ilə nəinki Tovuzda, bütöv Azərbaycanda tanınırlar. Burada saza-sözə, sənətə və sənətkarlığa xüsusi hörmət vardır. Hətta insanları bir-birindən ayırmaq üçün onlara xüsusi ayamaların qoyulması və bu yolla pisi və yaxşını bir-birindən ayırmaq kimi qeyri-adi adətləri vardır.

Müasir Qaraxanli kəndi hazırkı məskunlaşma yerinə XX əsrin 30-cu illərində köçürülmüşdür ki, bunun da Tovuz stansiyasına (yəni mərkəzə) daha yaxın olması ilə izah edilir.

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində, Tovuz şəhərindən şimal-şərqə 7 km məsafə uzaqlıqda olmaqla öz tarixi qonşuları Xatınlı, Qədirli, Cilovdarlı, Əlimərdanlı kəndləri ilə eyni paraleldə yerləşməkdədir. Ərazi əsasən düzənlikdir. Suvarılma kanalı hesabına məhsuldar torpaqları vardır.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 3004 1502 1502
2009 ↗3252 ↗1650 ↗1602

Tanınmış şəxsləri

  • Məzahir Pənahov — Mərkəzi Seçki Komitəsinin sədri.
  • Müseyib Müseyibov — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi.
  • İlham Rəhimov — Azərbaycan alimi, hüquq elmləri doktoru, bisnesmen.

İqtisadiyyatı

Yaxın keçmişə Qaraxanlı kəndində böyük üzümçülük sahələri geniş yayılmışdır. Bu sahələrin biganəlik və uzağı görə bilməmək üzündən qırılmasına baxmayaraq hazırda yeni üzüm sahələri salınmaqdadır.

Kəndin əkin sahələri 2 hissəyə bölünür — kənddən cənuba Tovuz şəhərinə yaxın sahələr (təzə məhlələr) və kənddən şimala, Kür çayına yaxın hissələr.

Qaraxanlı kəndinin aşağı hissəsindən Kür çayı axır ki, bu da o hissədə olan torpaqları olduqca məhsuldar edir. Bu ərazidə kənd təsərrüffatı məhsullarında kartof, soğan, qarpız, yemiş və s. bostan bitkiləri, eləcə də kürqırağı Tuqay meşələrində müxtəlif ağac növləri və cır meyvə kolları bitir. Bu ərazilərdə heyvandarlıq, balıqçılıq inkşaf etmişdir.

Mədəniyyəti

Kənddə Qaraxanlı kənd kitabxana filialı, Qaraxanlı kənd Mədəniyyət Evi, Qaraxanlı poçt şöbəsi (AZ6030) fəaliyyət göstərir.

Təhsil

Kənddə Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Qaraxanlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Qaraxanlı kənd həkim məntəqəsi yerləşir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraxanlı (Tovuz) haqqında məlumat. Qaraxanlı (Tovuz) nədir? Qaraxanlı (Tovuz) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xancığaz

  • Fevral 25, 2026

    Avar xanlığı

  • Fevral 27, 2026

    Ortodoks

  • Fevral 28, 2026

    Qriqori Cambakurian-Orbeliani

  • Fevral 27, 2026

    Erzyanlar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst