Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə

Mirvari

  • Ana Səhifə
  • Vikipediya
  • Mirvari

Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir.

Mirvari
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yaponiyada yetişdirilən mirvari

Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir. Molyuskanın içərisinə girən yad cisimlər mirvarinin əmələ gəlməsi üçün özək funksiyası yerinə yetirir. İllər keçdikcə bu özək maddənin üstü nazik kalsium karbonat təbəqələri ilə örtülür. Bəs molyuskanın içində sədəf maddəsi necə əmələ gəlir? Molyuskanın daxili qatlarında sədəfi əmələ gətirən iki əsas maddə vardır. Bir təbəqədə mirvarini meydana gətirən “araqonit” adlı, kalsium karbonat tərkibli mineral, digərində isə mirvaridəki bu “araqonit” maddəsini bir yerdə saxlayan “konxiolin” (buynuz maddəsi) maddəsi olur. “Araqonit” yarımşəffəf maddə olduğu üçün mirvariyə parlaqlıq verir. Bu iki maddənin molyuska tərəfindən istehsal edilməsi, daha sonra isə onların birləşib bir toz zərrəsini örtərək mirvari kimi bir gözəlliyi ortaya çıxarması olduqca heyrətamizdir. Molyuskanın qorunma məsqədi ilə əmələ gətirdiyi mirvari insanlar üçün bəzək əşyası olaraq yaratılmışdır. Bu, Allah’ın bənzərsiz yaratmasıdır. Allah Rəhman surəsində mirvariyə diqqət çəkmişdir:

"Onlardan (o iki dənizdən) mirvari və mərcan çıxır."(Rəhman Surəsi, 22)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirvari haqqında məlumat. Mirvari nədir? Mirvari nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    83 (ədəd)

  • Fevral 27, 2026

    Çoxistifadəçili zindan

  • Fevral 27, 2026

    Ağcaqayın

  • Fevral 27, 2026

    Zəlləq döyüşü

  • Fevral 24, 2026

    Dərələyəz silsiləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst