Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gənəkimilər arasında bu dəstə ən böyüyü olub, 30000-dən artıq növü birləşdirir, özü də bu rəqəm gerçəklikdən çox uzaqdır. Akariform gənələrin növmüxtəlifliyi ço

Akariform gənələr

  • Ana Səhifə
  • Vikipediya
  • Akariform gənələr

Akarifon gənələr (lat. Acariformes) — Hörümçəkkimilər sinfinə aid dəstə.

Akariform gənələr
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Arachnomorpha
Yarımtip:
Xeliserlilər
Sinif:
Hörümçəkkimilər
Dəstəüstü:
Acariformes
Beynəlxalq elmi adı
  • Acariformes
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  690740
NCBI  6946
EOL  2586585
FW  

Mündəricat

Haqqında

Gənəkimilər arasında bu dəstə ən böyüyü olub, 30000-dən artıq növü birləşdirir, özü də bu rəqəm gerçəklikdən çox uzaqdır. Akariform gənələrin növmüxtəlifliyi çox zəngindir. Bu dəstənin gənələri qalan bütün araxnidlərlə müqayisədə yumurtadan daha erkən inkişaf mərhələsində, qısa qarınlı altıayaqlı sürfə şəklində çıxırlar. Sürfə nimfaya çevrilir, o da üç dəfə qabığını dəyişərək yaşlı gənəyə çevrilir. Nimfal dövr ərzində qarıncığın seqmentləri və dördüncü cüt ətraflar əmələ gəlir. Akariform gənələrin xırda bir ibtidai qrupu vardır ki, onlarda həyat forması sürfədən yaşlı fərdə kimi dəyişmir. İbtidai formalar bütün ömürlərini nəm torpaqda çürümüş bitki qalıqları arasında keçirirlər və başqa gənələrə xas olan keçid fazaları onlarda olmur. Onlar həddən artıq nəmişlik sevəndirlər. Başqa tərəfdən, akariform gənələr, qurudakı həyatlarının böyük bir zaman kəsiyi ərzində öz kiçik ölçüləri sayəsində onlar qarşısında, açılan uyğunlaşma imkanlarından maksimal şəkildə istifadə etmişlər. Bunun nəticəsində həmin gənələr hər yerdə torpaqda və hər cür üzvi substratlarda məskunlaşmış, bitki və heyvanlara artıq yeni parazit keyfiyyətlərində keçmişlər. Ayrı-ayrı növlər hətta su hövzələrinə keçmişlər. Bütün bunların nəticəsi kimi akariform gənələrin həyat siklinin müxtəlif uyğunlaşma dəyişiklikləri əsasında onların böyük müxtəlifliyi meydana çıxmışdır. Gənələrin həyat siklinin müqayisəli şəklində nəzərdən keçirdikdə ayrı-ayrı inkişaf fazalarının ixtisaslaşması, metamorfozun mürəkkəbləşməsi, eləcə də diridoğma müşahidə edilir. Dəstə iki yarımdəstəyə bölünür : sarkotiform və trombidiform gənələr.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Akariform gənələr haqqında məlumat. Akariform gənələr nədir? Akariform gənələr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Yerin quruluşu

  • Fevral 27, 2026

    Zamanbəyovlar

  • Fevral 27, 2026

    Mit Romni

  • Fevral 27, 2026

    Qorqonalar

  • Fevral 27, 2026

    Fiziki antropologiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst