Akif Muradverdiyev (24 avqust 1948, İrəvan) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezidentin İşlər İdarəsinin keçmiş rəhbəri.
| Akif Muradverdiyev | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 24 avqust 1948 (77 yaş) |
| Doğum yeri | |
| Partiya | |
| Fəaliyyəti | siyasətçi |
Həyatı
Akif Muradverdiyev 1948-ci ildə Ermənistanda anadan olub. 2013-cü ilin iyun ayında tutulub, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib. Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt — 2005-ci ilin oktyabrında da tutulmuşdu. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Akif Muradverdiyev haqqında məlumat. Akif Muradverdiyev nədir? Akif Muradverdiyev nə deməkdir?