Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valerian Aleksandroviç Zubov (28 noyabr 1771 – 21 iyun 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fə

Valerian Zubov

  • Ana Səhifə
  • Vikipediya
  • Valerian Zubov

Valerian Aleksandroviç Zubov (28 noyabr 1771 – 21 iyun 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb.

Valerian Zubov
Qafqaz canişinliyinin general-qubernatoru
1796 – 1796
Əvvəlkiİvan Qudoviç
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 28 noyabr 1771(1771-11-28)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 21 iyun 1804(1804-06-21) (32 yaşında)
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü Rusiya İmperator Ordusu
Döyüşlər
  • Rusiya-Osmanlı müharibəsi (1787-1792),
  • Rusiya-İran müharibəsi
Rütbəsi
  • infanteriya generalı[d]
Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni II dərəcəli Müqəddəs Georgi ordeni III dərəcəli Müqəddəs Georgi ordeni 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni Knight of the Order of St. Alexander Nevsky
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi.

Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu. Müqavimət göstərməyin mənasızlığını görən bakılı Hüseynqulu xan iyunun 13-də Bakı qalasının açarlarını Zubova təqdim etdi. Şamaxıya tərəf hərəkət edən Zubov Şamaxı xanı Mustafaya məktub və hədiyyələr göndərdi və cavab aldı ki, xanın özü Zubovu qarşılamağa çıxacaq. Rus qoşunları Qurdbulaq yaylası yaxınlığında, sonra isə Pirsaatda düşərgə saldılar. Qarabağlı İbrahimxəlil xan öz nümayəndələrini hədiyyələrlə Zubovun düşərgəsinə göndərib Rusiyaya itaət etdiyini bildirdi. Lakin elə həmin zamanda İbrahimxəlil xan Zubova qarşı sui-qəsd təşkil etdi, amma qəsdin üstü açıldı. Əsirlikdən qaçan qubalı Şeyxəli xan da mübarizəni davam etdirdi. O, Rusiyaya qarşı koalisiya yaratdı və Quba xanlığındakı Alpan kəndi yaxınlığında 500 nəfərlik rus qoşun dəstəsini darmadağın etdi. Oktyabrın 21-də rus qoşunlarının bir dəstəsi Gəncə xanlığını zəbt etdi. Lakin II Yekaterinanın 1796-cı ilin noyabrında qəfil ölümü şəraiti tamamilə dəyişdirdi. Onun yerinə keçən oğlu imperator I Pavel rus qoşunlarının Azərbaycanın şimal xanlıqlarından çıxarılması haqqında əmr verdi. Rus qoşunlarının çıxarılması 1797-ci ilin yazında başa çatdı. Rus qoşunları Azərbaycandan çıxarılan kimi Ağa Məhəmməd şah yenidən buraya soxuldu.

Həmçinin bax

Derbende yurush
Valerian Zubov Dərbənd
  • Platon Zubov
  • Pavel Sisianov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Valerian Zubov haqqında məlumat. Valerian Zubov nədir? Valerian Zubov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Giləmeyvəli alma

  • Fevral 27, 2026

    Baldr

  • Fevral 28, 2026

    Uraz Məhəmməd

  • Fevral 27, 2026

    Xamiz Muradov

  • Fevral 26, 2026

    Qənirə Paşayeva

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst