Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mühacir (ərəb. المهاجر‎ — «Hicrət edənlər») — 622-ci ildə Məhəmməd peyğəmbərin dövründə Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar. Mühacirlər ənsarlarla birlikd

Mühacir (İslam)

  • Ana Səhifə
  • Vikipediya
  • Mühacir (İslam)

Mühacir (ərəb. المهاجر‎ — «Hicrət edənlər») — 622-ci ildə Məhəmməd peyğəmbərin dövründə Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar. Mühacirlər ənsarlarla birlikdə müsəlman cəmiyyətinin elitasını təşkil edirdilər.

Mündəricat

Tarix

İlk mühacirlər 615-ci ildə Efiopiyaya hicrət etmiş müsəlmanlardır. Efiopiyada məskunlaşanların 83 nəfəri kişi idi.

622-ci ildə Məkkəlilər tərəfindən zülmə məruz qalan yüzə yaxın yetkin kişi ailələri ilə birlikdə Məkkəni tərk edərək onlara sığınacaq verən ənsarlarla birlikdə Mədinəyə yerləşir. Mühacirlərin çoxu iman xatirinə qohumluq əlaqələrini kəsərək evlərini və mallarını tərk edir.

Əvvəlcə onların çoxu kasıb idi. Yəhudi tayfası Bənu Nadir qovulduqdan sonra evlər və torpaqlar müsəlmanlar arasında bölüşdürülür. Ömər ibn Xəttab müsəlmanların maddi rifahının İslamdakı təcrübələri və Peyğəmbərə yaxınlığı ilə müəyyən edilən vergi islahatı vasitəsilə ənsarlara digər müsəlman qruplarından daha yüksək maaşlar təyin edir. Belə ki, Bədr döyüşünün bütün iştirakçıları 5 min dirhəm, zövcələrinə isə 500 dirhəm verilir. Müqayisə üçün qeyd edək ki, müsəlmanların növbəti kateqoriyası (Hüdeybiyyədəki müqavilə ilə Yərmuq döyüşü və Qadisiyyə uğrunda döyüş arasındakı intervalda İslamı qəbul etmişlər) artıq 3000 dirhəm, zövcələri isə 400 dirhəm alırdılar. Mühacirlər hətta şəxsi təqaüdlərin (3 min dirhəmə qədər) ödənilməsinə görə ilk, ən imtiyazlı insanlar qrupundan da seçilirdilər.

Bütün saleh xəlifələr və xəlifəlik iddiasında olanlar da mühacirlərdən idi. Əməvilər və Abbasilər mühacirlərin nəslindən idilər.

Mühacirlər Bədr, Uhud, Huneyn və digər döyüşlərdə düşmənə qarşı fədakarlıqla vuruşmuşlar. Bədr döyüşündə 70-ə yaxın mühacir iştirak etmişdir.

Məhəmməd peyğəmbərin vəfatından sonra mühacirlər və ənsarlar Ərəbistanda mürtədlərə, bizanslılara, farslara və xilafətin digər xarici düşmənlərinə qarşı vuruşmuşlar.

Quranda

  • Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.
  • (Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
  • Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib (çətinliklərə) dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağış­­layandır, Rəhmlidir.
  • Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!
  • İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır.

Mühacirlik

Mühacirlərə inanclarını xilas etmək üçün başqa ölkələrə köç edən müsəlmanlara da deyilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mühacir (İslam) haqqında məlumat. Mühacir (İslam) nədir? Mühacir (İslam) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Korpus dilçiliyi

  • Fevral 27, 2026

    Kalevala

  • Fevral 23, 2026

    Alban dili

  • Fevral 26, 2026

    Not

  • Fevral 27, 2026

    Rezerfordium

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst