Zanbaqkimilər (lat. Lilioideae) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.
| Zanbaqkimilər | ||||
|---|---|---|---|---|
| ||||
| Elmi təsnifat | ||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Zanbaqkimilər | ||||
| Beynəlxalq elmi adı | ||||
| ||||
| ||||
Soğanaqlı və ya soğanaqlı-yumru bitkilərdir. Çiçəkləri salxım və ya çətir çiçək qrupuna toplanıb və ya tək-tək yerləşir. Meyvə yuvalar üzrə açılan qutucuqdur. Bura zanbaq (Lilium) və dağ laləsi (Tulipa) daxildir. Bu cinslərin növəmələgəlmə mərkəzi Orta Asiyanın dağlıq əraziləridir.
Zanbaq (Lilium) cinsi Yer kürəsində yayılmış 50-dən çox növü təmsil edir. Azərbaycan florasında bu cinsin 3 növü yayılmış və bir növü ağ zanbaq (Lilium candidum) dcekorativ bitki kimi bağ və parklarda becərilir. Ağ zanbaq bitkisi soğanaqlı bitki olub, yarpaqları növbəli düzülür. Çiçəkləri salxım çiçəkdə toplanır və güclü efir yağına malikdir. Çiçəkləri üçüzvlü olub, 5 dairədə yerləşmişdir. Dişiciyi üçbölümlüdür, meyvələri üçkünc qapaqlarla açılan qutucuqdur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lilioideae haqqında məlumat. Lilioideae nədir? Lilioideae nə deməkdir?
