Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Axıncaçay - Kürün sağ qoludur. Suyu Azərbaycanın Gədəbəy, Tovuz və Ermənistanın Berd rayonu ərazilərindən axır. Uzunluğu 76 km, hövzəsinin sahəsi 1178 km²-dir.

Axıncaçay

  • Ana Səhifə
  • Vikipediya
  • Axıncaçay

Axıncaçay - Kürün sağ qoludur. Suyu Azərbaycanın Gədəbəy, Tovuz və Ermənistanın Berd rayonu ərazilərindən axır. Uzunluğu 76 km, hövzəsinin sahəsi 1178 km²-dir. Mənbəyini Kiçik Qafqazın şimal-şərq hissəsindən, Gədəbəy rayonu ərazisindəki Başkənd aşırımı yaxınlığından (1950 m) alır. Ermənistan ərazisində çaya sol tərəfdən Zamanlı (uzunluğu 12 km), Mehrab (uzunluğu 28 km), Tovuz rayonu ərazisində isə sag tərəfdən Əsrik (uzunluğu 48 km) çaylarının suları qovuşur. Çay Tovuz rayonu ərazisində Tovuzçaya qovuşaraq və Kür çayına tökülür.

Axıncaçay
azərb. Axıncaçay‎
Xəritə
Ölkələr
  •  Azərbaycan
  •  Ermənistan
Rayonlar
  • Gədəbəy rayonu (Azərbaycan)
  • Tovuz rayonu (Azərbaycan)
  • Berd rayonu (Ermənistan)
Şəhər
  • Tovuz (Azərbaycan)
Mənbəyi Kiçik Qafqaz dağları
 • Yüksəkliyi 2268 m
Mənsəbi Kür çayı
Uzunluğu 76 km
Su sərfi 7,3 m³/san
Su sistemi Kür
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 1178 km²

Çayın axımının 45%-i yağış, 25%-i qar, 30%-i isə yeraltı sulardan əmələ gəlir.

Axıncaçayın orta illik su sərfi 7,3 kub m/san-dir. Axımın 56%-i yazda, 25%-i yayda, 11%-i payızda, 8%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,3kq/san, lillənməsi isə 41 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-400 mq/l minerallaşmaya malikdir.

Ağdam kəndi yaxınlığında çayın yatağında Axıncaçay su anbarı yaradılmışdır və Tovuzçaya qovuşan hissədə isə Tovuzçay su anbarının tikintisi davam edir.

Həmçinin bax

  • Tovuz

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Axıncaçay haqqında məlumat. Axıncaçay nədir? Axıncaçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ziyafət Əsgərov

  • Fevral 27, 2026

    Rəbiülaxır

  • Fevral 27, 2026

    Van qalası

  • Fevral 27, 2026

    Gərginlik (elektrik)

  • Fevral 27, 2026

    Əlincə qalası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst