Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Limfositlərə 2 böyük populyasiya olan - B - və T — limfositləri və təbii killerlər aiddirlər. B və T limfositləri qazanılmış ,təbii killerlər (TK) isə təbii imm

Limfosit

  • Ana Səhifə
  • Vikipediya
  • Limfosit

Limfositlərə 2 böyük populyasiya olan - B - və T — limfositləri və təbii killerlər aiddirlər. B və T limfositləri qazanılmış ,təbii killerlər (TK) isə təbii immun sisteminin kompanentləridirlər. Hər 3 subpopulyasiya sümük iliyində əmələ gəlir. Formalaşmaları isə müxtəlif orqanlarda əmələ gəlir.B limfositlərinin əsas inkişaf mərhələləri sümük iliyində , T limfositlərin formalaşması timusda gedir .TK — lərin formalaşması isə əsasən dalaqda gedir.

Hər bir B limfositi genetik olaraq müəyyən bir antigenə qarşı spesifikliyə malik olan reseptorun sintezi üçün proqramlaşdırılır . Belə reseptorlara B C R — lər (B cell reseptor) deyilir. Onlar hüceyrənin səthində yerləşirlər.Antigenlə qarşılıqlı təsirdə olan bu hüceyrələr bölünüb çoxalır ,differensiasiyaya məruz qalır və effektor (plazmatik ) hüceyrələrə çevrilirlər.Bu plazmatik hüceyrələr B limfositlərinin inkişafının son mərhələsidir və bu hüceyrələr B C R molekulunun antigentanıyan İg kompanentini anticisim şəklində sintez edirlər .Hüceyrənin bütün potensialı bu sintezə yönəldiyindən plazmatik hüceyrələr cəmi 3 −4 gün yaşaya bilirlər. T limfositləri' — onların müxtılif funksiyaları yerinə yetirən müxtəlif subpopulyasiyaları vardır.Bu subpopulyasiyalardan biri B limfositləri ilə qarşılıqlı təsirdə olaraq onların bölünüb çoxalmasına və plazmatik hüceyrələrə çevrilməsinə köməklik edirlər. Sub populyasiyalardan digəri mononuklear faqositar hüceyrələr tərəfindən udulmuş patogenlərin faqositozunu gücləndirir.Bu tipli hüceyrələrə T — helper (T — köməkçi ) hüceyrələri deyilir.T limfositlərinin başqa bir populyasiyası isə orqanizmin virusla və patogen mikroorqanizmlərlə yoluxmuş hüceyrələrini tapıb məhv edirlər.Bu hüceyrələr T — killer ( və ya T sitotoksik ) hüceyrələr adlanır.Hər bir T limfositinin səthində B limfositlərində olduğu kimi özünəməxsus antigen tanıyan reseptorlar mövcuddur.B və T limfositlərinin oxşarlığı ondan ibarətdir ki, onların hər ikisi immunoqlobulinlər superfəsiləsinə aid molekullardırlar.Lakin B limfositlərindən fərqli olaraq antigenin T limfositləri tərəfindən tapılması yalnız onun fraqmentinin başqa hüceyrə səthində M H C molekulları ilə kompleks şəklində təqdim olunduğu halda baş verir.

Təbii killerlər( TK) — B və — T limfositləri üçün xarakterik olan antigentanıyan reseptorlardan məhrumdurlar .Bu mənada onlara bəzən o — hüceyrələr də deyilir.Təbii killerlərin əsas funksiyası transformasiyaya uğramış ( o cümlədən şiş ) və virusla yoluxmuş hüceyrələri tapıb məhv etməkdir.Bundan əlavə , təbii killerlər orqanizmin M H C molekullarını qismən və tam itirmiş hüceyrələri də tapıb lizisə uğradırlar.Ölçülərinə görə təbii killerlər limfositlərdən təxminən 2 dəfə böyükdürlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Limfosit haqqında məlumat. Limfosit nədir? Limfosit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Şimal boğazı

  • Fevral 27, 2026

    Con Rokfeller

  • Fevral 27, 2026

    Erythrostemon

  • Fevral 27, 2026

    Mensa

  • Fevral 27, 2026

    Pertinaks

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst