Aleksandr İvanoviç Xatisyan (Xatisov; (erm. Ալեքսանդր Խատիսյան) və ya Saşa Xatisov (17 fevral 1874[…], Tiflis, Rusiya imperiyası[…] – 10 mart 1945[…], Parisin 17-ci dairəsi[d]) — Ermənistan siyasi və ictimai xadimi. Ermənistan Demokratik Respublikasının dörd baş nazirindən biri olmuşdur.
| Aleksandr Xatisyan | |
|---|---|
| erm. Ալեքսանդր Խատիսյան | |
| |
| 28 may 1919 – 5 may 1920 | |
| Əvvəlki | Hovannes Kacaznuni |
| 27 aprel 1919 – 5 may 1920 | |
| 1910 – 1917 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 17 fevral 1874[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 10 mart 1945[…] (71 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, politoloq, həkim, yazıçı, ictimai xadim, dövlət rəsmisi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
Həyatı
Erkən illəri
Aleksandr Xatisyan 17 fevral 1874-cü ildə Tiflisdə, yüksək vəzifəli dövlət qulluqçularının ailəsində anadan olmuşdur. Onun qardaşı Konstantin Xatisyan (1864-1913) Erməni İnqilabi Federasiyasının (Daşnaksutyun) qurucularından biri idi.
Xatisyan 1891-ci ildə Tiflisdə dövlət gimnaziyasını bitirdikdən sonra 1897-ci ilə qədər Moskva və Xarkov universitetlərində tibb təhsili almışdır. O, 1898–1900-cü illərdə xaricdə, xüsusən Almaniyada klinikalarda intern olmuşdur ki, bu da ona gigiyena, ictimai səhiyyə və bələdiyyə idarəçiliyi başda olmaqla təhsilini tamamlamağa imkan vermişdir. Beləliklə, Xatisyan tibb elmləri doktoru elmi dərəcəsini əldə etmişdir. O, 1900-cü ildə Tiflisə qayıtmış, həkim kimi fəaliyyət göstəmişdir.
1902-ci ildə Aleksandr Xatisyan bələdiyyə dumasının sözçüsü, eləcə də Tiflis bələdiyyə şurasının müşaviri seçilmişdir. O, 1905-ci ildən sözügedən bələdiyyə şurasına daxil olur və Daşnaksutyuna müraciət etmişdir. Xatisyan 1905-ci il inqilabında iştirak etmişdir.
Əsərləri
- (hy) Հայաստանի Հանրապետութեան Ծագումն ու Զարգացումը [« Éclosion et développement de la République arménienne »], Athènes, Nor Or Publishing, 1930, réédité par la FRA aux Éditions arméniennes en 1989
- (hy) Քաղաքապետի մը յիշատակները [« Souvenirs d'un maire »], Beyrouth, Éditions Hamazkaïne, 1991 (1re éd. inconnue), 406 p.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Xatisyan haqqında məlumat. Aleksandr Xatisyan nədir? Aleksandr Xatisyan nə deməkdir?
