Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən bir

Qüdsi Vənəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Qüdsi Vənəndi

Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri.

Qüdsi Vənəndi
Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi
Doğum tarixi 1773(1773)
Doğum yeri
  • Ordubad, Azərbaycan
Vəfat tarixi 1861(1861) (87–88 yaşında)
Vəfat yeri
  • Ordubad, Ordubad qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
Üzvlüyü
  • Əncüməni-şüəra
Vikimənbənin loqosu Qüdsi Vənəndi Vikimənbədə

Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır.

Mündəricat

Həyatı

Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır:

"

Basəfalıqdan behiştdən dəm ular baği- Vənənd,
Gəzəsən aləmi hərçənd, tapılmaz belə kənd.
Özü bir güşeyi-cənnətdi, dutum, çeşməsi qənd
Qocalıq çünki salıb boynuma bir səxti kəmənd,
Neynirəm mən o qızıl təşti qusam qan, qocalıq!

"

Yaradıcılığı

1831-ci ildə Ordubadda əsası qoyulmuş “Əncüməni-şüəra” ədəbi məclisinin ilk rəhbəri məhz Qüdsi Vənəndi olmuşdur. Bu məclis Azərbaycanın XIX əsr ədəbi həyatında mühüm rol oynamışdır. Həmin dövrdə digər tanınmış məclis rəhbərləri olan Hacı ağa Fəqir Ordubadi (1836–1889) və Məhəmməd Tağı Sidqi (1854–1903) hələ anadan olmamışdılar. Qüdsi isə bu zaman 57 yaşında idi və ictimai-ədəbi nüfuz sahibi kimi məclisə rəhbərlik edirdi.

Qüdsi Vənəndi ilə Hacı ağa Fəqir Ordubadi arasında formalaşmış poetik münasibətlər, “Əncüməni-şüəra” məclisinin yaradıcılıq ənənələrini nümayiş etdirən mühüm bir hadisədir. Məclis üzvlərinin başqa ölkələrə səfərləri zamanı yazdıqları əsərlər Ordubada qayıtdıqdan sonra məclisdə təqdim olunurdu və həmin əsərlərə digər üzvlər nəzirələr yazırdılar. Bu kontekstdə Qüdsi və Fəqirin şeirləri arasında ciddi poetik paralellər müşahidə edilir.

Fəqirin “Ey bivəfa, qılıb məni divanə gözlərin”, “Məcnun kimi qılıb məni divanə tellərin”, “Tökülüb zülfi-siyah, arizi-gülnarə dəyər” və s. misralarla başlayan qəzəlləri ilə Qüdsinin “Könül”, “Gözlərin”, “Tellərin”, “Dəyər” və digər rədifli şeirləri arasında mövzu və rədif baxımından yaxınlıq vardır. Fəqir bu poetik dialoqda sadəcə təqlid etməmiş, janr fərqliliyi ilə orijinallığını qorumuşdur. Belə ki, Qüdsinin qoşma janrında toxunduğu mövzuları Fəqir qəzəl formasında ifadə etmişdir. Sonralar Fəqir Ordubadi Qüdsini ustadı hesab etmiş və onun "Əlinə" rədifli şeirinə nəzirə yazaraq öz ehtiramını bildirmişdir.

Qüdsi Vənəndi təkcə Ordubad və Naxçıvanla kifayətlənməmiş, Bakı, Lənkəran, Şamaxı, Qarabağ və Cənubi Azərbaycanda fəaliyyət göstərən digər ədəbi məclislərlə də ədəbi yaradıcılıq əlaqələri saxlamışdır.

Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Şairin ədəbi irsinin böyük əksəriyyəti qəzəl, qəsidə, mənzum səfərnamə, müstəzad, bayatı, qoşma, gəraylı, təxmis, müxəmməsi-müstəzad və başqa poetik formalarda yazılmış realist məzmunlu ictimai-lirik əsərlərdən ibarətdir. Onun şeirlərinin müəyyən qismində din xadimləri, vaizlər, mollalar, varlı bəylər və xanlar, hətta şəhər qazıları tənqid olunurlar. Şair Naxçıvana, Dərbəndə, Şirvana, Təbrizə etdiyi səfərləri zamanı gördüyü hadisələri, ictimai bərabərsizlikləri qələmə almış, yaşadığı tarixi dövrün tənqidi mənzərəsini vermişdir.

Şairin bir divanı qorunub saxlanmışdır. Onun nüsxəsi Azərbaycan Əlyazmalar fondunda saxlanılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qüdsi Vənəndi haqqında məlumat. Qüdsi Vənəndi nədir? Qüdsi Vənəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Siyasi məhbus

  • Fevral 27, 2026

    Yəhudi mifologiyası

  • Fevral 27, 2026

    Tar

  • Fevral 27, 2026

    Çələbi xalçaları

  • Fevral 27, 2026

    Naji-Yurt rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst