Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hermenevtika (yun. hermeneuo — aydınlaşdırıram) — təfsir (şərh) nəzəriyyəsi və metodikası. Xüsusilə də dini və fəlsəfi mətnlərin, müdrik ədəbiyyatların şərh (tə

Hermenevtika

  • Ana Səhifə
  • Vikipediya
  • Hermenevtika

Hermenevtika (yun. hermeneuo — aydınlaşdırıram) — təfsir (şərh) nəzəriyyəsi və metodikası. Xüsusilə də dini və fəlsəfi mətnlərin, müdrik ədəbiyyatların şərh (təfsiri) edilməsi hermenevtika adlanır.

Hermenevtika mətnin obyektiv (sözlərin qrammatik mənaları və tarixən şərtlənmiş variantları) və subyektiv (müəlliflərin niyyəti) əsaslarına görə mənasının müəyyən etmək olan şərh məharəti nəzəriyyəsidir. Ellinizim dövründə klassik mətnlərin (məs. Homerin) izahı və tədqiqi ilə əlaqədar meydana gəlmiş və sonradan dini kitabların şərhi çərçivəsi daxilində inkişaf etdirilmişdir. XIX əsrdə mətnin mənasının predmeti, hüdudları ilə məhdudlaşdırılmayan "sərbəst" Hermenevtikanın inkişafı başlayır. Dilteydə Hermenevtika ictimai elmlərin tarixi xadimlərin subyektiv niyyətlərinə əsaslanaraq ictimai hadisələrin "başa düşülməsini" təmin edən spesifik metoduna çevrilir. Burada "başa düşülmə" təbiətşünaslıqdakı abstraklaşdırma ilə və ümuminin, qanunun müəyyən edilməsi ilə bağlı "izaha" əks qoyulur. XX əsrdə Hermenevtika tədricən əvvəlcə ekzistensializm çərçivəsində (Haydegger), sonra isə fəlsəfi Hermenevtikanın özündə fəlsəfənin metedoloji əməliyyatlarından biri kimi formalaşır. Hermenevtika əməliyyatlarından tarix, hüquq elmlərində və şüurlu insan fəaliyyətinin obyektivləşdirilmiş nəticələrinin təhlili ilə əlaqəsi olan digər elmlərdə istifadə oluna bilər.

Etimologiya

Hermenevtika sözü Yunanca ἑρμηνεύω (hermēneuō, "şərh etmək, təsfir etmək") sözündən əmələ gəlib. Bu sözün özü də (mütərəddüd etimologiya) ἑρμηνεύς (hermeneus, "şərh edən, təfsirçi") sözündən yaranıb. Praktiki olaraq ilk dəfə bu termin Aristotelin Περὶ Ἑρμηνείας ("Peri Hermeneias") əsərinin adında istifadə olunub.

Həmçinin bu termin yunan tanrılarının mesajlarının şərhçisi olan yunan Tanrısı Hermesin adı ilə bağlıdır.

 Fəlsəfə ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hermenevtika haqqında məlumat. Hermenevtika nədir? Hermenevtika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qazax rayonu

  • Fevral 25, 2026

    Fərhad Xəlilov

  • Fevral 27, 2026

    Dnepr FK

  • Fevral 27, 2026

    Gratiola

  • Fevral 25, 2026

    Lüdviq Nobel

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst