Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çöpşəkillilər (lat. Phasmoptera) — buğumayaqlılar tipinin açıqçənəlilər yarımfəsiləsinə aid olan dəstə.

Çöpşəkillilər

  • Ana Səhifə
  • Vikipediya
  • Çöpşəkillilər

Çöpşəkillilər (lat. Phasmoptera) — buğumayaqlılar tipinin açıqçənəlilər yarımfəsiləsinə aid olan dəstə.

Çöpşəkillilər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Xarici quruluşu

Bu dəstənin nümayəndələri nisbətən iri, xeyli uzanmış, nazik, çöpşəkilli və ya enli yarpaqşəkilli bədənləri ilə səciyyələnir. Son formalar zahirən bitki yarpaqlarına bənzəyir, Görünür, bu, müdafiə məqsədi güdən bioloji əhəmiyyət daşıyır. Bütövlükdə çöpcüklərin qəribə formaları vardır ki, bu da onların mimikriya – ətraf muhitə uyğunlaşma qabiliyyətinin çox gözəl olduğuna dəlalət edir. Onların bədənində qoruyucu rənglər – yaşıl, qonur və boz üstünlük təşkil edir ki, bunlar da yaşadıqları bitki növlərinin rəngi ilə həmahəngdir. Başı – proqnatik, gözləri xırda, dəyirmidir. Erkəkdə ya 2-3 gözcük olur, ya da ümumiyyətlə olmur. Bığcıqları müxtəlif uzunluqda, çoxbuğumlu (8-dən 10-dək), sapşəkilli və ya qılşəkillidir. Ağız aparatı gəmirici, zəif inkişaf etmişdir. Qanadları yoxdur və ya ön cüt arxa cütdən gödəkdir. Döş, aydın ayrılmış seqmentlərdən ibarətdir, ön döş qısa, orta və arxa döşlərin hər biri isə ondan uzundur. Ayaqları yeriş, eynicinsli, çox vaxt uzundur. Bütün pəncələri 5 buğumludur. Qarıncığın sonunda serklər vardır. Dişinin yumurtaqoyanı qısadır və qarıncığın qurtaracağında aşağı tərəfdə yerləşmişdir.

Həyat tərzi

Çöpcüklərin bütün nümayəndələri bitkiyeyən olub, ağaclarda, yovşan kollarında, şoranotunda, otların arasında yaşayır. Onlar azhərəkətlidir. Saplaqvari zahiri görünüşləri, yaşıl və ya qonur rəngləri onları çox vaxt təbiətdə sezilməz edir. Onları narahat etdikdə özlərini ölülüyə vururlar. İl ərzində bir nəsil inkişaf edir. Təbiətdə dişilərə erkəklərdən daha çox rast gəlinir və onlar partenogenetik çoxalmağa qabildirlər. Yumurtalar bir-bir qoyulur və nizamsız şəkildə torpağın üstünə səpələnir. Yumurta və ya sürfə mərhələsində qışlayır. Çevrilməsi tam deyil.

Yayılması

Yer kürəsində 2,5 minə yaxın, MDB-də 8, Azərbaycanda 1 növü məlumdur. Azərbaycanda yayılmış yeganə növ – Ramulus bituberculatus Retl. Lochodidae cinsinə aiddir. Rəngi bozdur. Şoranotu, yovşan kollarında tez-tez nəzərə çarpır, ətraf bitkiçiliyin fonuna tamamilə uyğun gəlir. Uzunluğu 52-80 mm-ə çatır. Tropik ölkələrdə bəzi çöpcük növləri meşələrin böyük sahələrini yarpaqdan məhrum edə bilər (Boqaçov, 1951).

Təsnifatı

  • Lochodidae (cins)
  • Ramulus bituberculatus Retl. (növ)

Ədəbiyyat

  • Azərbayvcanın heyvanlar aləmi. II cild. Bakı: Elm, 2004.

Həmçinin bax

  • Buğumayaqlılar
  • Açıqçənəlilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çöpşəkillilər haqqında məlumat. Çöpşəkillilər nədir? Çöpşəkillilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türkiyə coğrafiyası

  • Fevral 27, 2026

    Malay-Polineziya dilləri

  • Fevral 27, 2026

    Krtsanisi döyüşü

  • Fevral 26, 2026

    Ermənistan SSR

  • Fevral 27, 2026

    Təfsir əl-Mizan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst