Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Onekotan adası (Аnakutan; ayn məşhəlli addır: Оnne kotan, onne "qədim, hörmətli, qiymətli, böyük", kotan "kənd, torpaq sahəsi, yaşayış yeri; şəhər, şəhərçik, ye

Onekotan

  • Ana Səhifə
  • Vikipediya
  • Onekotan

Onekotan adası (Аnakutan; ayn məşhəlli addır: Оnne kotan, onne "qədim, hörmətli, qiymətli, böyük", kotan "kənd, torpaq sahəsi, yaşayış yeri; şəhər, şəhərçik, yer", ilk əvvəllər adanın şimalında olan qəsəbəyə şamil edilirdi) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur.

Onekotan adası
rus. Oстров Онекотан
Ümumi məlumatlar
Sahəsi 425 km²
Uzunluğu
  • 42 km
Eni 17 km
Hündür nöqtəsi 1324 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
49°27′00″ şm. e. 154°46′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Saxalin vilayəti
Arxipelaq
  • Kuril adaları
Akvatoriya
  • Sakit okean
  • Oxot dənizi
Onekotan adası xəritədə
Onekotan adası
Onekotan adası
Onekotan adası xəritədə
Onekotan adası
Onekotan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Adanın sahədi 425 km², uzunluğu 43 km, eni isə 11–17 km təşkil edir. Şimal-şərqdə Paramuşir adasından 53 km aralıda yerləşir. Onu Paramuşirdən Dördüncü Kuril boğazı ayırır. Beşinci Kuril boğazı ilə isə Makanruşi adası ilə ayrılır. Maranruşi adasından 28 kilometrlik məsafədə yerləşir. Altıncı Kuril boğazı ilə isə Xarimkotan adasından ayrılır. İki ada arasında ən qısa məsafə 15 kilometrdir.

Kuroisi buxtasından şərqdə, sahilə yaxın ərazidı aynlara məxsus olan, hazırda isə tərk edilmiş kənd vardır. 2005-ci ilə qədər sərhəd zastavası mövcud olmuşdur. "Şestakov" adanln qərbində, "Onekotan" isə şərqində fəaliyyət göstərirdi. Adanın bir başından digər başına getmək üçün vaxtı ilə mövcud olmuş yol hələ də varlığını qoruyur.

Adada fəaliyyətdə olan vulkanlar və kalderalar mövcuddur: Krenisın vulkanı (1324 metr, 1-ci ranq kapitan Pyotr Kuzmiç Krenisının şərəfinə adlandırılmışdır. Adanın cənubunda yerləşir) və Nemo vulkanı (1019 m, adanın şimalında qərarlaşır).

Kalderada göl qərarlaşır. Krenisın vulkanının cənub kalderası su ilə dolmuşdur. Göl 15 kilometrlik çevrəyə malikdir. Dərinliyi 369 metr təşkil edir. Göl quruluşuna görə Kolçevoy adlanlr. Nemo vulkanının isə kalderasının şimal-şərqi su ilə dolmuşdur. Çornaya gölü 4 kilometr uzunluğa və 2 km enə malikdir. Adada uzunluğu 5 kilometrdən çox olan 7 çay vardır. Ən uzun çayı Ozernaya Nemo kalderası yaxınlığından başlayaraq Oxot dənizinə tökülür. Bu uzunluqda olan Kedrov çayı isə adanın mərkəzi ilə Sakit okeana axır (8 km). Sıx cəngəlliklərə sahibdir. Bəzi ağacların hündürlüyü 2–4 metrdir. Bataqlaşmış ərazilərə sahibdir. Ərazisinin böyük hisdəsini kol bitkiləri örtmüşdür. Giləmeyvələrdən: Empetrum, cır qaragilə, Rubus chamaemorus.

Ada ərazisində tülkü və kiçik gəmiricilər yaşayır. Sahilində — Əsl suitilər, dəniz şirləri üzür. Adada ilk dəfə geodeziyacılar İvan Evreinov və Fyodr Lujin (1720) olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Onekotan haqqında məlumat. Onekotan nədir? Onekotan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ayaq Qərvənd

  • Fevral 26, 2026

    Nevşəhər

  • Fevral 27, 2026

    1649-cu il

  • Fevral 24, 2026

    Flavi Aetsi

  • Fevral 28, 2026

    Çiçi-Səbətlər bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst