Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

RPG-7V2 “Qaya” – Azərbaycan istehsalı olan qumbaraatan. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricil

Qaya (qumbaraatan)

  • Ana Səhifə
  • Vikipediya
  • Qaya (qumbaraatan)

RPG-7V2 “Qaya” – Azərbaycan istehsalı olan qumbaraatan. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxır. Rusiyanın RPG əl qumbaraatanının fərqli modifikasiyası olan “Qaya” düşmənin zirehli texnikasını və piyadalarını məhv etmək üçün hazırlanıb. “Qaya” 40 mm çaplı PG-7, PG-7VM, PG-7VS, PG-7VS1, PG-7VL, PG-7VR, OG-7V, TBG-7V mərmilərindən atəş açmaq imkanlarına malikdir.

RPG-7V2 “Qaya”
Tipi Qumbaraatan
İstismar tarixçəsi
İstismar edənlər Azərbaycan Azərbaycan
Xüsusiyyətləri
Ağırlığı 6,85 kq
Uzunluğu 950 mm

Taktiki texniki xüsusiyyətləri

Uzunluğu 950 mm, çəkisi 6,85 kq olan “Qaya”dan dəqiqədə 4-6 atəş açmaq mümkündür. Qumbaraatanın atış ömrü MSN-in rəsmi kataloqunda 250 atış göstərilib. Qumbaraatan PGO-7V3 UP-7 mexaniki optik nişangahla təchiz olunub. Azərbaycan istehsalı olan qumbaraatan RPG-7V2 “Qaya”.

Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxıb. Atışlar zamanı qumbaraatan yüksək etibarlılıq və dəqiqlik nümayiş etdirib. Keyfiyyət baxımdan da “Qaya” üstünlüyünü sərgiləyib.

Rusiyanın RPG əl qumbaraatanının fərqli modifikasiyası olan “Qaya” düşmənin zirehli texnikasını və piyadalarını məhv etmək üçün hazırlanıb. “Qaya” 40 mm çaplı PG-7, PG-7VM, PG-7VS, PG-7VS1, PG-7VL, PG-7VR, OG-7V, TBG-7V mərmilərindən atəş açmaq imkanlarına malikdir.

Azərbaycan istehsalı olan RPQ - 7V2 “Qaya” qumbaraatanlarının Türkiyənin müvafiq qurumunun sınaqlarından uğurla keçib. Beləki müqavilə əsasında Türkiyə SQ-nin xüsusi təyinatlılarına RPG-7 qumbaraatanlarının çatdırılmasına başlanıb. Müqavilə üzrə Müdafiə Sənayesi Nazirliyi Türkiyə Silahlı Qüvvələrini nəzərdə tutulan sayda qumbaraatanla təchiz edəcək.

RPG-7-nin ABŞ istehsalı variantıda mövcuddur “RPG-7USA”.

Kalibr: 40 mm

Uzunluğu: 950 mm

Ağırlığı: 6.85 kq

Mərminin ağırlığı: 2–4.5 kq

Atəş tezliyi – 6 atəş/dəqiqədə

Mərminin başlanğıc sürəti – 145 metr/saniyə

Nişangah məsafəsi – 700 metr

Təsirli atəş məsafəsi – 300–500 metr

Maksimal atəş məsafəsi: 920 metr

Nişangahlar: PGO-7V3, UP-7

920 metrdən sonra RPG-7-nin mərmisi hədəfi tapmırsa özü-özünü məhv edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaya (qumbaraatan) haqqında məlumat. Qaya (qumbaraatan) nədir? Qaya (qumbaraatan) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Virciniya

  • Fevral 27, 2026

    Baterst

  • Fevral 27, 2026

    Kosmik turist

  • Fevral 27, 2026

    Acalypha cardiophylla

  • Fevral 24, 2026

    Prezident respublikası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst