Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəbbət Kazımov (2 iyul 1953, Çorman, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – 27 yanvar 2014, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının

Məhəbbət Kazımov

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəbbət Kazımov

Məhəbbət Kazımov (2 iyul 1953, Çorman, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – 27 yanvar 2014, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2012).

Məhəbbət Kazımov
Ümumi məlumatlar
Doğum adı Möhübbət
Doğum tarixi 2 iyul 1953
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR Laçın, Çorman
Vəfat tarixi 27 yanvar 2014 (60 yaşında)
Vəfat yeri Azərbaycan Azərbaycan
Dəfn yeri
  • Abşeron rayonu
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1976 - 2014
Janrlar muğam, estrada[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20122012
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olmuşdur. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüffatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım olmuşdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxumuşdur.

1976-cı ildən peşəkar səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülmüşdü.

1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.

Siyavuş Əmirli, Məhəbbət Kazımov, Arif Məmmədli, Rəşad Abasov

27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.

Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instirumental ansambılının rəhbəri olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəbbət Kazımov haqqında məlumat. Məhəbbət Kazımov nədir? Məhəbbət Kazımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Absurd

  • Fevral 27, 2026

    Fatimə təsbihatı

  • Fevral 27, 2026

    Vaşinqton post

  • Fevral 27, 2026

    Ekstradisiya

  • Fevral 27, 2026

    Tükbaş qurd

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst