Aleksandr Valteroviç Litvinenko (rus. Алекса́ндр Ва́льтерович Литвине́нко; 4 dekabr 1962, Voronej – 23 noyabr 2006[…], London) — Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş casusu.
| Aleksandr Litvinenko | |
|---|---|
| (rus. Алекса́ндр Ва́льтерович Литвине́нко) | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Voronej, Rusiya SFSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | London, Böyük Britaniya |
| Vəfat səbəbi | "Polonium-210" elementi ilə zəhərlənib |
| Dəfn yeri |
|
| İxtisası | Casus |
| Fəaliyyəti | yazıçı, hərbi qulluqçu, casus |
Həyatı
Litvinenko Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenatı rütbəsi ilə istefaya çıxdıqdan sonra Putin hakimiyyətinin ən fəal tənqidçisinə çevrilmişdi. 2000-ci ildə təqiblərdən qurtulmaq üçün Böyük Britaniyaya mühacitər edən keçmiş xüsusi xidmət orqanlarının zabiti "FTX Rusiyanı partladır" adlı kitabında 1990-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirirdi. Onun fikrincə, məsuliyyəti çeçen mücahidlərinin üstünə atılan bu terror aktları Vladimir Putini hakimiyyətə gətirmək üçün planlaşdırılmışdı. 2006-cı il noyabrın 1-də Londonda görüş keçirdiyi dostu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Luqovoy tərəfindən zəhərlənmişdi.
Həmin il noyabrın 23-də London xəstəxanalarından birində vəfat edib. Onun ölümünə səbə olan "Polonium-210" elementi adətən nüvə yanacağının hazırlanmasında istifadə olunur və çox güclü şüalanma təsirinə malikdir. Ölümündən əvvəl İslamı qəbul etmişdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Litvinenko haqqında məlumat. Aleksandr Litvinenko nədir? Aleksandr Litvinenko nə deməkdir?
