Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanbudaqov Eyyub Şirin oğlu (1893, Yelizavetpol – 13 oktyabr 1937, Bakı) — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi

Eyyub Xanbudaqov

  • Ana Səhifə
  • Vikipediya
  • Eyyub Xanbudaqov

Xanbudaqov Eyyub Şirin oğlu (1893, Yelizavetpol – 13 oktyabr 1937, Bakı) — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi.

Eyyub Xanbudaqov
Azərbaycan Fövqəladə Komissiyasının sədri
19 oktyabr 1920 – 19 fevral 1921
ƏvvəlkiBaba Əliyev
SonrakıMircəfər Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 1893(1893)
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 13 oktyabr 1937(1937-10-13) (43–44 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1918–1937),
  • Hümmət Partiyası,
  • Əkinçi Partiyası
Fəaliyyəti siyasətçi

Mündəricat

Həyatı

Eyyub Xanbudaqov 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə qurultayda onu Kronştatda başlamış "əks-inqilabi" qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur. 1921-ci ildə ÜİMİK üzvü seçilir. Sonralar o, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının sədri, 1922-ci ilin əvvəlindən AHİŞ sədr müavini, 1922-ci il martında isə AK(b)P MK katibi seçilir (N. Nərimanovun köməkliyi ilə) 1936-cı il dekabrın 19-da millətçilikdə ittiham edilərək Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuşdur.

1937-ci ilin 23 iyul tarixində SSRİ XDİK-nın xüsusi iclasında 5 il azadlıqdan məhrum edilən E.Xanbudaqov SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının səyyar iclasının 12 oktyabr 1937-ci il tarixli qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin 1957-ci il 26 dekabr tarixli qərarına əsasən E.Xanbudaqova bəraət verilmişdir

Məqalələri

1920-ci illərdə Ə. Xanbudaqov bir sıra maraqlı məqalələr yazır: "Təxirə salınmaz vəzifə (respublikada statistik hesabat işinin quruluşuna dair)", "Azərbaycanda bizim ən yaxın vəzifələrimiz", "Beş il ərzində", "Təxirəsalınmaz məsələ", "Milli məsələyə dair" və s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eyyub Xanbudaqov haqqında məlumat. Eyyub Xanbudaqov nədir? Eyyub Xanbudaqov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Reyx

  • Fevral 27, 2026

    Viktoriya gölü

  • Fevral 27, 2026

    Günəş yanıqları

  • Fevral 27, 2026

    Tərbiyət kitabxanası

  • Fevral 24, 2026

    Səna

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst