Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Daimler AG (alm. Daimler AG‎) — Almaniya konserni; minik avtomobillərinin, keçid qabiliyyəti yüksək olan minik və yük-sərnişin avtomobillərinin, həmçinin avtobu

Daimler AG

  • Ana Səhifə
  • Vikipediya
  • Daimler AG

Daimler AG (alm. Daimler AG‎) — Almaniya konserni; minik avtomobillərinin, keçid qabiliyyəti yüksək olan minik və yük-sərnişin avtomobillərinin, həmçinin avtobuslar da daxil olmaqla kommersiya avtomobillərinin dünyada aparıcı istehsalçılarından biri.

Daimler AG
Mercedes-Benz Group
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye avtomobil sənayesi
Məhsulları avtomobil, furqon
Təsis tarixi 17 noyabr 1998
Baş qərargahın yeri
  • Ştutqart
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 91.773.000.000 € (2023)
Ümumi aktivlər
  • 263.022.000.000 € (2023)
Ümumi gəliri
  • 145.594.000.000 € (2024)
Xalis mənfəəti
  • 14.261.000.000 € (2023)
Əməliyyat mənfəəti
  • 17.423.000.000 € (2023)
Struktur
İşçi sayı
  • 168.336 nəf. (2023)
Tərəfdaşlar Stellantis North America, Mercedes-Benz[d], Daimler Truck[d]
Rəhbərlik
İdarə heyəti Martin Daum[d], Britta Seeger[d]
group.mercedes-benz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Mənzil qərargahı Ştutqartda (Almaniya) yerləşir. Konsern indiki adını 2007-ci ilin oktyabrından daşıyır. Konsernin tarixi 1886-cı ildən, Q. Daymler və K. Bens bir-birindən asılı olmayaraq daxili yanacaq mühərriki ilə işləyən ilk nəqliyyat vasitələrini ixtira etdikləri vaxtdan başlanmışdır. Bu ixtiralar "Benz & Cie AG" (1883) və "Daimler Motoren Gesellschaft" ("DMG"; 1890) iki avtomobil şirkətinin yaranmasına səbəb olmuşdur.

1926-cı ildə "DMG" və "Benz & Cie AG" birləşərək "Daimler-Benz AG" konserninə çevrilmişdir. Onun loqotipi üç sferada – yerdə, göydə və dənizdə motorlaşdırılma rəmzi hesab edilən üç -şüalı ulduz şəklində olmuşdur. "Chrysler Corpo ration"u 1925-ci ilin iyununda U. P. Kraysler yaratmışdır. 1930-cu illərdə şirkət avtomobil istehsalı həcminə görə yalnız "Ceneral Motors" konsernindən ge ri qalırdı. 1928-ci ildə şirkət "Dodge" firmasını əldə edərək dünya avtomobil bazarında mövqeyini möhkəmlətmiş, minik və yük avtomobillərinin ardınca hərbi texnika istehsalına da başlamışdı. 1983-cü il də avtomobil sənayesində yeni konsepsiya ilə çıxış edən şirkət "Kraysler Voyacer" ilk mini-veni bazara çıxarmışdır. 1987-ci ildə "Chrysler Corporation"un strukturuna "Jeep" şirkəti daxil olmuşdur. 1998-ci ilin noyabrında "Daimler-Benz AG" və "Chrysler Corporation"un birləşməsi nəticəsində "Daimler-Chrysler AG" korporasiyası yaranmışdır.

Korporativ fəaliyyət

Daymler şirkətinin gerbi

Bir neçə bölmədən ibarət korporasiyanın "Mercedes Car Group" qrupu "Maybax", "Mersedes-Bens" və "Smart" markalı avtomobillər; "Chrysler" qrupu "Kraysler", "Jip" və "Dodj" markalı minik avtomobilləri, mikroavtobuslar və keçid qabiliyyəti yüksək olan avtomobillər, kommersiya avtomobillər qrupu "Mercedes-Bens" və "Setra" markalı avtobuslar, həmçinin "Mersedes-Bens", "Freytlayner", "Sterlinq", "Vestern Star", "Amerikan LaFrans" və "Mitsubisi Fuzo" markalı yükdaşıyan, aztonnajlı avtomobillər və minivenlər istehsal edir.

"Daimler Chrysler Financial Group" bölməsi lizinq və sığorta da daxil olmaqla maliyyə xidmətləri göstərir. "Daymler AG" həmçinin aviasiya və müdafiə texnologiyaları üzrə dünya bazarında lider olan "European Aeronautic Defence and Space Company" ("EADS") şirkətinin səhmlər paketinin 30%-inə malikdir. "DaimlerChrysler AG" 2007-ci ilin oktyabrında "Daimler AG" adlandırılmışdır. Konsernin avtomobilyığma müəssisələ- ri dünyanın 17 ölkəsində yerləşir. Strukturun bütün bölmələrində işçilərin ümumi sayı 272,3 min nəfərdən çoxdur, bazarda kapitallaşması təqribən 67,4 mlrd. avrodur (2007).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Daimler AG haqqında məlumat. Daimler AG nədir? Daimler AG nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qum bazilikası

  • Fevral 27, 2026

    İrineus Lionlu

  • Fevral 23, 2026

    Malta dili

  • Fevral 27, 2026

    Parkalar

  • Fevral 27, 2026

    Titan(IV)sulfat

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst