Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Güznüt — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kənd inzibati ərazi dairəsində kənd. 29 mart 2005-ci il tarixli 874-IIQ saylı Azərbaycan Respubl

Güznüt

  • Ana Səhifə
  • Vikipediya
  • Güznüt

Güznüt — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kənd inzibati ərazi dairəsində kənd. 29 mart 2005-ci il tarixli 874-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kəndi Çeşməbasar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Güznüt kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Güznüt
39°07′39″ şm. e. 45°31′54″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 883 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.698 nəf. (2009)
Xəritəni göstər/gizlə
Güznüt xəritədə
Güznüt
Güznüt

Mündəricat

Toponimikası

Naxçıvan dialektində güznüt "payız əkini" deməkdir. Kəndin ərazisində payızlıq əkin aparıldığından belə adlandırılmışdır.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Araz çayının sol sahilində, düzənlikdə yerləşir. İqlimi kəskin kontinentaldır — yayı subtropik, tropik; qışı mülayim keçən iqlimdir, yayda orta temperatur +35–40 dərəcə olduğu halda, qışda bu temperatur −15–20 dərəcə olur.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 1474 712 762
2009 ↗1698 ↗832 ↗866

Tanınmış şəxsləri

  • Nəcəf Həsənov (1976–1996) — Naxçıvan MR Şahbuz rayoununun Qanlıgöl ətrafında şəhid olmuşdur.
  • Qafar Qərib (1976) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999).
  • Ramil Əliyev (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
  • Əbülfəz Məmmədov (1989–2011) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabiti.
  • Qareqin Njde (1886–1955) — erməni daşnak, radikal millətçi, hərbi cinayətkar.

İqtisadiyyatı

Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.

Təhsil

Kənddə Güznüt kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

1986–1992-ci illərdə kənd ağsaqqalları və kəndin məşhur memarı Mirzəmməd Ələsgər oğlu Nağıyev (1928–1993) və Cabbar Salman oğlu Quliyev (1935–1992) tərəfindən kəndin yeganə ibadət yeri olan məscid tikilmişdir.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Güznüt haqqında məlumat. Güznüt nədir? Güznüt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Uraninit

  • Fevral 27, 2026

    ChatGPT

  • Fevral 27, 2026

    Vaqif Qələndər

  • Fevral 28, 2026

    .bm

  • Fevral 26, 2026

    Səfər Mehdiyev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst