Xocahan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd.
| Xocahan | |
|---|---|
| 39°11′15″ şm. e. 46°43′17″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Qubadlı rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Xocahan | |
Tarixi
9 noyabr 2020-ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Toponimikası
Xocahan kəndi Həkəri çayının sahilindədir. Oykonim xoca (orta əsrlərdə ticarətlə məşğul olan tacir, habelə məşhur din xadimləri xoca adlanırdı) sözündən və -an (məkan və cəmlik bildirir) şək.-sindən (h iki a səsinin arasına əlavə edilmişdir) ibarət olub "xocalar; xocaların məskunlaşdığı yer" mənasındadır. Yerli əhalinin məlumatına görə, kənd tarixən ticarət yeri olmuşdur. Oykonim Xocaxan variantında daqeydə alınmışdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xocahan haqqında məlumat. Xocahan nədir? Xocahan nə deməkdir?
